«Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 avqust tarixli 1640 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 725; 2009, ¹ 7, maddə 589, 2010, ¹ 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "İsgəndər İsgəndərov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini" sözləri ilə əvəz edilsin;

1.2. "Əsgər Abdullayev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Hökumət Komissiyasının yeni tərkibi barədə Ukrayna tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.-12 fevral.- S.  4.