«Azərbaycan-Çin
Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1876 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1134) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri ilə, "Sabir İlyasov - "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktorunun birinci müavini" sözləri "Sabir İlyasov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti" sözləri ilə və "Yaşar Əliyev - Azərbaycan Respublikasının Çin Xalq Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri" sözləri "Lətif Qəndilov - Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin;
1.2. "İlqar Fətizadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini" sözlərindən sonra "Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini" sözləri əlavə edilsin;
1.3. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Çin tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 fevral 2012-ci il
Azərbaycan.-
2012.- 12 fevral.- S.4.