«Azərbaycan
Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq
üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 dekabr tarixli 1852 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 12, maddə 1111; 2007, ¹ 11, maddə 1133; 2009, ¹ 2, maddə 74; 2010, ¹ 2, maddə 80, ¹ 6, maddə 501) 1-ci hissəsində "Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözləri "Ədalət Vəliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözləri ilə, "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini" sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri ilə, "Sabir İlyasov - "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktorunun birinci müavini" sözləri "Sabir İlyasov - "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti" sözləri ilə və "Azər Hüseyn - Azərbaycan Respublikasının Yaponiyadakı Fövqəladə və Səlahiyyətli Səfiri" sözləri "Gürsel İsmayılzadə - Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 fevral 2012-ci il
Azərbaycan.- 2012.-12 fevral.- S. 4.