“Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli
268-IVQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi
tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının
2011-ci il 13 dekabr tarixli 268-IVQD nömrəli Qanununun tətbiqini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların “Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3.
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin 163-1.1 –
163-1.3-cü maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə əsasnamələrinə
uyğun olaraq Azərbaycan Respublikasının Daxili
İşlər Nazirliyi və Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi baxırlar.
4.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29
avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹8, III kitab, maddə
612; 2001, ¹7, maddə 462, ¹10, maddə 640, ¹12, maddə 755; 2002,
¹1, maddə 49, ¹5, maddələr 260, 275, ¹8, maddələr 478,
484, 486; 2003, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9, maddə 478,
¹10, maddələr 546, 547, 560, 571, 582; 2004, ¹1, maddələr
19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə 235, ¹5, maddələr
340, 341, 343, 345, 346, ¹8, maddələr 607, 608, ¹11, maddə 909,
¹12, maddə 1005; 2005, ¹2, maddələr 67, 69, ¹4, maddələr
299, 303, ¹8, maddə 702, ¹9, maddələr 801, 802, ¹12, maddə
1101; 2006, ¹2, maddə 83, ¹4, maddələr 321, 322, ¹5, maddə
407, ¹7, maddə 590, ¹8, maddələr 662, 663, 674, 675, 679, ¹9,
maddə 743, ¹11, maddələr 942, 945; 2007, ¹1, maddə 11, ¹2,
maddə 87, ¹3, maddə 230, ¹7, maddə 715, ¹8, maddələr
767, 769, ¹11, maddələr 1110, 1116, 1120, ¹12, maddə 1227; 2008,
¹1, maddə 7, ¹3, maddə 186, ¹6, maddələr 504, 507, ¹7, maddə
617, ¹8, maddə 713, ¹9, maddə 798, ¹10, maddə 894, ¹11, maddələr
969, 971, 980, ¹12, maddələr 1060, 1061, 1062, 1065; 2009, ¹3, maddə
163, ¹4, maddə 226, ¹5, maddə 330, ¹7, maddələr 532, 535,
539, 540, 542, ¹9, maddə 688, ¹10, maddələr 776, 785, ¹12, maddələr
979, 993; 2010, ¹2, maddə 80, ¹3, maddələr 180, 189, ¹5, maddə
393, ¹7, maddələr 606, 607, 610, ¹8, maddələr 721, 725,
¹10, maddələr 847, 854, ¹11, maddə 972; 2011, ¹3, maddələr
174, 175, ¹6, maddələr 490, 511, 513; ¹10, maddə 895) 3.47-ci bəndindən
“163.0.13-cü,” rəqəmləri çıxarılsın,
həmin bəndə “163.0.14-cü” rəqəmlərindən
sonra “, 163-1.1 – 163-1.3-cü” rəqəmləri əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 fevral
2012-ci il.
Azərbaycan.- 2012.-12 fevral.- S. 2.