Azərbaycan Prezidenti İlham Əliyevin
Belçikaya işgüzar
səfəri
Prezident İlham Əliyevin NATO-nun baş
katibi Anders Foq Rasmussen ilə
görüşü
Belçika Krallığında işgüzar səfərdə
olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
fevralın 15-də NATO-nun baş katibi Anders Foq
Rasmussen ilə görüşmüşdür.
NATO-nun
baş katibi dövlət başçısını
Alyansın mənzil-qərargahının önündə
böyük səmimiyyətlə qarşıladı.
Sonra
Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın
və NATO-nun bayraqları önündə
şəkil çəkdirdilər.
Anders
Foq Rasmussen dəvəti qəbul edib NATO-nun mənzil-qərargahına
gəldiyinə görə Prezident İlham
Əliyevə minnətdarlığını
bildirdi.
Azərbaycan-NATO tərəfdaşlığını
yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin
Təhlükəsizlik Şurasına üzv seçilməsi
münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
NATO-nun Fərdi Tərəfdaşlığın
Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO
əməkdaşlığının genişləndirilməsi
baxımından əhəmiyyətini qeyd edən baş katib
ölkəmizin antiterror koalisiyası çərçivəsində
Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə
təşəkkür etdi.
Anders
Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Prezident
İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik
Şurasına üzv seçilməsi münasibətilə təbriklərinə
görə NATO-nun baş katibinə
minnətdarlıq etdi.
Dövlət
başçısı qeyd etdi ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq
əlaqələrinin genişləndirilməsi
üçün bundan sonra da səylərini artıracaqdır.
Prezident İlham Əliyev
Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində
fəaliyyətini
bundan sonra da davam
etdirəcəyini söylədi.
Dövlət
başçısı Əfqanıstanda həyata keçirilən
sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın
sıx əməkdaşlıq
etdiyini vurğuladı.
Prezident
İlham Əliyev Azərbaycan ilə NATO arasında
etibarlı tərəfdaşlıq əlaqələrinin
bundan sonra genişlənəcəyinə əminliyini bildirdi.
AzərTAc
Azərbaycan.- 2012.- 16 fevral.- S. 1.