Litva Respublikasının
Prezidenti zati-aliləri xanım Dalya Qribauskayteyə
Hörmətli
xanım Prezident!
Ölkənizin
milli bayramı - Litva dövlətinin bərpası
günü münasibətilə Sizi və Sizin simanızda
bütün xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Litva münasibətlərinin
hazırkı səviyyəsi məmnunluq doğurur.
Çox şadam ki, ölkələrimiz arasındakı ənənəvi
dostluq və əməkdaşlıq əlaqələri
bu gün dinamik inkişaf yoluna qədəm qoyaraq yeni məzmun kəsb etməkdədir.
Münasibətlərimizin istər
ikitərəfli qaydada, istərsə də
beynəlxalq qurumlar çərçivəsində
inkişafı istiqamətində atdığımız
addımlar əməkdaşlığımızın dərinləşməsi
üçün yeni
perspektivlər açır. Ümidvaram ki, bu perspektivlərin
gerçəkləşməsi naminə bundan
sonra da birgə səylər gös-tərəcəyik.
Hörmətli
xanım Prezident, belə bir
əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar,
dost Litva xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram. Hörmətlə,
İlham
ƏLİYEV, Azərbaycan Respublikasının
Prezidenti
Bakı,
24 yanvar 2012-cl il
Azərbaycan.- 2012.- 16 fevral.- S.16.