Azərbaycan Prezidenti İlham Əliyev
Brüsseldə Avropa Xalq
Partiyasının prezidenti Uilfrid
Martens ilə görüşmüşdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Brüsseldə Avropa Xalq Partiyasının (AXP) prezidenti Uilfrid Martens ilə görüşmüşdür.
Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulandı, bu cür əlaqələrin ölkəmizin Avropa İttifaqına inteqrasiyasına böyük töhfə verdiyi bildirildi.
Ötən həftə Avropa Xalq Partiyası tərəfindən Avropa Parlamentində təşkil edilmiş "Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransın əhəmiyyəti qeyd edildi.
Görüşdə Avronest Parlament Assambleyası çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulandı.
AzərTAc
Azərbaycan.- 2012.- 15 fevral.- S. 1.