Azərbaycanın
xarici siyasətində Almaniya
ilə əlaqələr əhəmiyyətli yer
tutur
Fevralın
15-də Yeni Azərbaycan Partiyası (YAP)
sədrinin müavini - icra
katibi, Milli Məclisin
deputatı Əli Əhmədov ölkəmizdə səfərdə
olan Almaniya
Buntestaqının üzvü Mixail Fuks ilə görüşmüşdür.
YAP-ın mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüşdə Ə.Əhmədov ölkələrimiz
arasında əməkdaşlıq münasibətlərindən
danışmış, Azərbaycanın xarici siyasətində
Almaniya ilə əlaqələrin əhəmiyyətli yer
tutduğunu bildirmişdir.
İcra
katibi qonağa Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, bu məsələnin sülh
yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın
həyata keçirdiyi siyasətdən, həmçinin
YAP-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və ölkəmizin
ictimai-siyasi həyatındakı mövqeyi barədə ətraflı
məlumat vermişdir.
Görüşdə
YAP ilə Almaniya Xristian Demokrat Birliyi arasında əlaqələrin
daha da inkişaf etdirilməsi istiqamətində
qarşılıqlı görüşlərin keçirilməsinin
vacibliyi vurğulanmışdır.
Almaniya
Buntestaqının üzvü Mixail Fuks ölkəmizdə
olmağından məmnunluğunu bildirmiş, son vaxtlar Azərbaycanda
geniş quruculuq-abadlıq işlərinin
aparılmasını ölkənin iqtisadi
inkişafının göstəricisi olduğunu demişdir. Qonaq Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində
xüsusi rol
oynadığını vurğulamışdır.
Azərbaycan.- 2012.- 16 fevral.-S.2.