Serbiya Respublikasının Prezidenti
zati-aliləri cənab
Boris Tadiçə
Hörmətli cənab Prezident!
Serbiya Respublikasının
milli bayramı - Dövlətçilik günü
münasibətilə Sizi
və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Serbiya münasibətlərinin inkişafı
yolunda səylərimiz
bundan sonra da əlaqələrimizin hərtərəfli genişlənməsinə,
dostluq və əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Serbiya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 yanvar 2012-ci il
Azərbaycan.- 2012.- 15 fevral.- S. 1.