Pakistanın Milli Kitabxanasında Heydər Əliyev guşəsi
açılmışdır
Fevralın
14-də Pakistanın Milli Kitabxanasında
Heydər Əliyev guşəsinin açılış mərasimi
və "Pakistan-Azərbaycan münasibətləri"
kitabının təqdimatı olmuşdur.
Azərbaycanın
Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər
ki, mərasimdə Pakistanın aparıcı universitetlərinin
professor-müəllim heyəti, habelə ölkənin
tanınmış ictimai-siyasi xadimləri və kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Yaradılmış
guşədə ulu öndər Heydər Əliyevin həyat
və fəaliyyətindən bəhs edən ədəbiyyat,
sənədlərin nüsxələri, fotolar və digər
materiallar yerləşdirilmişdir.
Açılış
mərasimində çıxış edən Pakistanın
Milli Kitabxanasının baş direktoru Məhəmməd Nazir
dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli
ömür yolundan və zəngin fəaliyyətindən
danışaraq ulu öndərin müasir müstəqil Azərbaycanın
yaranmasında oynadığı müstəsna rolunu
vurğulamışdır. Ümummilli lider Heydər Əliyevin
Azərbaycan-Pakistan münasibətlərinin banisi olduğunu
deyən M.Nazir ulu öndərin 1996-cı ildə Pakistana səfərini
xatırlatmış, səfər çərçivəsində
ölkələrimiz arasında imzalanmış sənədlərin
əlaqələrin hüquqi bazasını təşkil
etdiyini bildirmişdir.
Kitabxananın
baş direktoru guşədəki materialların geniş
auditoriya üçün açıq olduğunu qeyd
etmişdir.
Azərbaycan.- 2012.-16 fevral.-S.3.