“Azərbaycan Respublikası
hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi
əlaqələr və elmi-texniki əməkdaşlıq
üzrə Müştərək Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli
2834 nömrəli sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası hökuməti və Rumıniya hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 23 may tarixli 2834 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 423; 2010, ¹ 2, maddə 80) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "İsgəndər İsgəndərov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə, "Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri ilə və "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini" sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri ilə əvəz edilsin;
1.2. "Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini" sözlərindən sonra "Nazim Səmədov - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri və "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin;
1.3. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Rumıniya tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV, Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 fevral 2012-ci il
Azərbaycan.- 2012.- 15 fevral.- S. 1.