Milli Aviasiya Akademiyası
Bilgəhdəki müharibə və əmək veteranları
üçün pansionatda
xeyriyyə tədbiri keçirmişdir
Fevralın
15-də Milli Aviasiya
Akademiyasının (MAA) rektoru akademik Arif Paşayevin
təşəbbüsü ilə Bilgəhdəki müharibə
və əmək veteranları üçün
pansionatda xeyriyyə tədbiri keçirilmişdir.
AzərTAc xəbər verir ki,
doğmalarının və yaxınlarının qayğı
və nəvazişindən uzaq, həyatlarının
ən müdrik çağlarını yaşayan bu insanların könlünü şad
etmək məqsədilə pansionatda nahar süfrəsi və konsert
təşkil olunmuşdur.
Milli
Aviasiya Akademiyasının tədris işləri üzrə
prorektoru professor Ədalət Səmədov akademiyanın
rektoru akademik Arif Paşayevin təşəbbüsü ilə
keçirilən bu xeyriyyə aksiyasının
xalqımızın qədim adət-ənənələrinə
söykənən, ağsaqqal və ağbirçəklərə
sevginin, ehtiramın və hörmətin əlaməti kimi qiymətləndirmişdir. Prorektor ölkəmizdə
yaşlı insanlara göstərilən dövlət
qayğısından danışmışdır. Dövlət başçısının rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi siyasət, dinamik
və davamlı inkişaf barədə məlumat verən
Ə.Səmədov Prezident İlham Əliyev tərəfindən istər
mədəniyyət, incəsənət, təhsil, istərsə
də bütün sahələrdə
görülən genişmiqyaslı tədbirlər və əldə
olunmuş uğurlardan
danışmışdır.
Müasir
müstəqil Azərbaycan dövlətinin artıq beynəlxalq
aləmdə böyük nüfuz sahibİ olduğunu
vurğulayan akademiyanın prorektoru Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın təşəbbüsü
ilə ölkəmizin uğurlarının xaricdə təbliği
ilə bağlı görülən işləri də diqqətə
çatdırmışdır.
Tədbir
akademiyanın tələbələrinin ifasında konsert proqramı ilə davam
etmişdir.
Sonra
tədbirdə çıxış edən xalq
şairi, MAA-nın kafedra
müdiri, professor Nəriman
Həsənzadə ahıl yaşında
doğmalarının, övladlarının
qayğısından məhrum olan bu insanlara
cansağlığı arzulamış, akademik
Arif Paşayevin təşəbbüsü
ilə həyata keçirilən bu xeyriyyə
tədbirinin hər kəs üçün
örnək olacağını bildirmişdir.
Professor N.Həsənzadə bu qəbildən insanların
yaxınlarının da,
doğmalarının da Azərbaycan
dövləti olduğunu bildirmişdir.
N.Həsənzadə həyatın sərt üzü
ilə rastlaşan qocaların problemlərinin
Prezident İlham
Əliyev və Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva tərəfindən
daim diqqətdə
saxlanıldığını vurğulayaraq
demişdir: "Kimsəsiz ahıllara, uşaqlara, əlillərə dövlətimiz
yüksək qayğı göstərir, onların
yaşayış şəraitinin yaxşılaşdırılması
üçün tədbirlər görülür".
Akademiyanın
həmkarlar ittifaqı komitəsinin sədri, dosent Musa Musayev,
texniki təchizat şöbəsinin rəisi Fikrət
Hüseynov MAA-nın rektoru
akademik Arif Paşayevin göstərişi ilə keçirilən
bu görüşün əhəmiyyətindən
danışmışlar. Yaşlı insanlara diqqət və
qayğı göstərməyin mənəvi borc olduğunun
diqqətə çatdırıldığı tədbirdə
bildirildi ki, milli-mənəvi dəyərlərimizin qoruyucusu,
daşıyıcısı və nəsillərdən-nəsillərə
ötürücüsü olan ağsaqqalların təcrübəsindən
bəhrələnmək, onların cəmiyyətin
ictimai-siyasi və sosial həyatında nüfuzunu qorumaq vərdişlərini
gənclərə aşılamaq vacib vəzifələrdən
biridir.
Pansionatın
sakinləri adından danışan Minə xanım akademik
Arif Paşayev başda olmaqla, akademiyanın bütün əməkdaşlarına
təşəkkürünü bildirmişdir. O,
pansionatın sakinlərinin belə tədbirlərə
ehtiyacı olduğunu
vurğulamış, akademik A.Paşayevin böyük
alicənablıq, savab iş
gördüyünü diqqətə
çatdıraraq demişdir: "Bu görüş uzun müddət hafizəmizdən silinməyəcəkdir.
Doğma
münasibətə, qayğıkeşliyə və bizə unudulmaz anlar yaşadan maraqlı tədbirə görə
hörmətli Arif müəllimə, onun rəhbərlik
etdiyi ali təhsil
ocağının bütün əməkdaşlarına
sakinlərimiz adından təşəkkürümüzü
bildiririk".
Tədbirin
sonunda pansionatın sakinlərinə
hədiyyələr təqdim olunmuşdur.
Azərbaycan.- 2012.- 16 fevral.-S.3.