Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının 2011-ci il 13 dekabr tarixli 273-IVQD nömrəli Qanununun tətbiqi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il  13 dekabr tarixli 273-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti  üç ay müddətində:

 

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il  13 dekabr tarixli 273-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsində nəzərdə tutulmuş mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalarını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə və səmərəli istifadəsinə dövlət nəzarətinin təşkili qaydalarını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin qanunun 20.2-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin və onların areallarının siyahısını təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin qanunun 20.4-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend  bitkilərin yayıldığı areallarda bu cür bitkilərin becərilməsinin davam etdirilməsi və sahələrin genişləndirilməsi qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin qanunun 21.2-ci maddəsində nəzərdə tutulmuş ölkə daxilində genetik modifikasiya olunmuş bitkilərin mövcudluğu və yayılma zonasının aşkarlanması qaydasını müəyyən etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.9. həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.10. həmin qanunun 6.2-ci maddəsində, 9.3-cü maddəsinin birinciüçüncü cümlələrində, 9.4-cü, 9.5-ci, 10.2-ci maddələrində, 10.4-cü maddəsinin birinciikinci cümlələrində, 15.1-ci, 16.1-ci, 16.2-ci, 17.1-ci, 18.1-ci, 18.2-ci, 18.3-cü, 21.2-ci (ikinci halda) və 21.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.11. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının və normativ xarakterli aktların "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının  Nazirlər Kabinetinə məlumat versin.

 

3. Müəyyən edilsin ki:

 

3.1. "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin qanunun 11.2-ci, 15.2-ci,  20.2-ci, 20.4-cü və 21.2-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 7 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 3.