Azərbaycan ilə
Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr
yüksələn xətlə inkişaf edir
Fevralın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl-Nahyan ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə E.Məmmədyarov ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu demişdir. Nazir qeyd etmişdir ki, BƏƏ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəkləməsi Azərbaycan tərəfindən yüksək qiymətləndirilir.
A.Əl-Nahyan isə yenidən Azərbaycanda olmaqdan məmnunluğunu qeyd edərək ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. Qonaq ölkələrimiz arasında qarşılıqlı sərmayələrin qoyuluşu üçün əlverişli mühitin olduğunu deyərək enerji sahəsində əməkdaşlığın inkişafının vacibliyinə toxunmuşdur.
BƏƏ-nin xarici
işlər naziri erməni silahlı
qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin
sülh yolu ilə geri qaytarılması istiqamətində rəsmi
Bakının səylərini tam dəstəklədiklərini
bəyan etmişdir.
Azərbaycan- 2012.- 15 fevral.- S. 4.