Nəcib əməllərə və yüksək humanizmə əsaslanan missiya

 

 Dinamik inkişaf edən, dünya birliyində öz yerini möhkəmləndirən və yerləşdiyi regionun aparıcı dövlətinə çevrilən Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20 ilini artıq geridə qoyub. 1993-cü ilin iyun ayından ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə formalaşan yeni siyasi xətt və son 8 ildə Prezident İlham Əliyevin sayəsində əldə olunan uğurlar müstəqillik tariximizə qızıl hərflərlə yazılıb.

Bu gün Prezident İlham Əliyev Heydər Əliyev dühasından bəhrələnərək dövlətimizi, xalqımızı inamla gələcəyə doğru aparır. Bu mənada ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması, eləcə də ölkəmizin beynəlxalq miqyasda təbliği və yaxından tanıdılması müasir və sürətlə dəyişən qloballaşma dövründə xüsusən aktualdır. Bu baxımdan Heydər Əliyev Fondununonun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti olduqca qürurvericidir.

Heydər Əliyev Fondu Azərbaycan xalqının öz ümummilli liderinin xatirəsinə ehtiramını ifadə etmək istəyindən, ulu öndərin siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurətindən, azərbaycançılıq fəlsəfəsinin və yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədindən irəli gələrək yaradılıb. Ulu öndərin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək verən fond bu illərdə Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə bir çox genişmiqyaslı proqram və layihələri uğurla reallaşdırıb. Bu layihə və proqramlar elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və digər sahələri əhatə edib. Fondun fəaliyyətində yerli əhəmiyyətli sosial problemlərin həlli, insanların yaradıcılığının, potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması, Azərbaycan mədəniyyətinin geniş təbliği, mənəvi dəyərlərimizin qorunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması prioritet istiqamətlər təşkil edir. Bütün bu sadalananlarla yanaşı, xeyriyyəçilik, uşaqlara kömək etmək kimi müxtəlif humanitar aksiyalar da fondun fəaliyyətinin əsas xəttini təşkil edir. Bütün bu sosial, mədəni-ictimai tədbirlər isə xalqımızın və dövlətimizin inkişafına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına və beləliklə, Heydər Əliyev ideyalarının həyata keçirilməsinə istiqamətlənib.

Bütün bunların nəticəsi olaraq ulu öndərin adını layiqincə daşıyan, ideyalarını uğurla gerçəkləşdirən fond fəaliyyət göstərdiyi 8 ilə yaxın müddətdə Azərbaycanın həyatında necə böyük rol oynadığını, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına və sanbalına görə ölkəmizdə və regionda analoqu olmayan ictimai qurum olduğunu sübut edib. Əlbəttə, fondun qısa müddətdə qazandığı uğurların əsasında yarandığı ilk gündən ona başçılıq edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əzmkarlığı, təşəbbüskarlığı, işə yaradıcı münasibəti dayanır. Ölkəmizin birinci ledisi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını, mədəniyyətimizin, mənəvi dəyərlərimizin təbliğini, milli genefondumuzun qorunmasını və cəmiyyətin diqqətini bu istiqamətlərə cəlb etməyi özünün vətəndaşlıq borcu hesab edir. Mehriban xanım Əliyeva öz səylərini əhalinin ən zəif müdafiə olunan təbəqələrinə, xəstə və valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək göstərilməsinə yönəldir. Heydər Əliyev Fondunun xətti və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin, talassemiyadiabet xəstəliklərindən əziyyət çəkən uşaqların dəstəklənməsinə yönəlmiş müxtəlif proqramlar, uşaq evlərinin yenidən qurulması və onlar üçün yeni binaların tikintisi layihələri məhz bu məqsədə xidmət edir.

Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bir çox mükafatlara layiq görülüb. UNESKO və İSESKO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyətinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsindəki töhfələrinə görə Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut Xaç" ordeni ilə təltif edilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva  2005-ci ildə ölkəmizdə "İlin qadını" adına, xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.

Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən layiqli qiymətdir. Mehriban xanım Əliyeva 2009-cu ildə Polşanın "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni,   2010-cu ildə isə Fransanın "Şərəf Legionu" ordeniUNESKO-nun "Qızıl Motsart" medalı ilə təltif olunub.

Ermənistanın işğal etdiyi ərazilərimizdən qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlar, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddiqeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Mehriban xanım Əliyeva Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfının (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına və 2011-ci il iyunun 24-də isə Krans Montana Forumunun qızıl medalına layiq görülüb.

Bu günlərdə isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Rusiya Federasiyasının dünya şöhrətli İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülüb.  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkonun bu barədə məktubunda deyilir: "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi Azərbaycanın birinci xanımı Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhünhumanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adı verilməsi haqqında qərar qəbul etmişdir. Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr, o cümlədən "Xərçəng xəstəliyinin milləti yoxdur", "Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir", "Sağlam olmağını yəqin et" kimi layihələr, habelə xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir. Xanım Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı olduqca qiymətlidir. Bizim üçün xüsusilə əhəmiyyətli və xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban Arif qızı Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır".

Qeyd edək ki, tibb aləmində böyük nüfuz sahibi olan alimictimai xadim məzunları ilə beynəlxalq miqyasda tanınan İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına bu vaxtadək yalnız iki nəfər - dünya şöhrətli kardioloq, Rusiya Elmlər Akademiyasının akademiki Yevgeni Çazovdünya şöhrətli ürək cərrahı, Rusiya Elmlər Akademiyasının akademiki  Leo Bokeriya layiq görülüblər.

Bütün bunlar ölkəmizin birinci xanımının nəcib əməllərinə, yüksək humanizminə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, sivilizasiyalararası dialoqun inkişafındakı əzmkarlığına, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə  verilən yüksək qiymətlərdir. Hər birinin arxasında konkret fəaliyyətin, gərgin zəhmətin dayandığı bu titullar, təltiflər Mehriban xanım Əliyevanın sayəsində həm də Azərbaycan dövlətinin və xalqının qazandığı mükafatlardır.

 

 Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 5.