Natali QULE: Əlimizdən gələni edəcəyik ki, Senatın qəbul etdiyi qanun ləğv edilsin

 

 Son günlər siyasi gündəmdəki soyuqluq havalara da sirayət edib. Avropada, elə Azərbaycanda da havaların həddən artıq şaxtalı keçməsinə, hava nəqliyyatının işində fasilələrin baş verməsinə baxmayaraq, bir neçə fransalı senator ölkəmizdə səfərdə oldu.

Diqqətəlayiqdir ki, onlar Bakıya hələ Parisdə ikən öz mənəvi və vəzifə borclarını yerinə yetirərək ədalətsizliyin qarşısını almaqFransa kimi demokratik dəyərlərə sahib bir dövlətin nüfuzdan düşməməsi üçün cəsarətli addımlarını atıblar. Bir qrup deputatın Fransa Senatının qəbul etdiyi qanunun ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etməsi Avropada ən azı məsələyə ictimai rəyi dəyişdirdi. Bir az da dünyanı daha ədalətli olmağa çağırdı ki, hər hansı bir addım atarkən dövlətlər siyasəti şəxsi mənafelərinə alət etməsinlər. Onsuz da dünyada siyasi münasibətlərdə soyuqluq hökm sürür, ziddiyyətlər qabarıq şəkildə müşahidə olunur. Çünki beynəlxalq siyasət səhnəsində cərəyan edən proseslərin idarə olunmasına güclü dövlətlər öz maraqları çərçivəsində təsir göstərməyə çalışırlar. Təbii ki, belə vəziyyət mövcud ziddiyyətləri kəskinləşdirir. Fransa Senatında qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tədbirləri nəzərdə tutan qanunun qəbul edilməsi bir dövlətin başqa bir dövlətin hüquqlarına, tarixinə həqarət etməsi, ona qarşı açıq-aşkar savaş açmasıdır. Fransa Senatının qəbul etdiyi qanun Azərbaycan torpaqlarını işğal edən və hələ də işğalçılıq siyasətini davam etdirən, Xocalıda yüzlərlə insanı qətlə yetirən Ermənistanın mənafelərinə hesablanmaqla yanaşı, bütövlükdə ifadə azadlığına qəsddir. Belə bir vacib məqamı da diqqətdən yayındırmaq olmaz ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin sülhlə nizamlanmasında vasitəçi ölkələrdən biridir.

Bu il ATƏT-in Minsk qrupunun yaranmasından 20 il ötür. İndiyədək Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir müsbət addım atmayıb ciddi təklif verməyib. Əksinə, hər zaman Ermənistanın maraqlarını müdafiə edib, onun yanında olub.

Belə bir vaxtda absurd qanuna imza atmayan ləğvini istəyən fransız deputatların ölkəmizə səfərini doğrudan da xoşməramlı adlandırmaq olar. Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Senatda Mərkəzçi Respublikaçı birlik siyasi qrupunun üzvü, senator Natali Qulenin rəhbərlik etdiyi parlament nümayəndə heyəti  ölkəmizdə səfərdə olarkən bu məsələlər müxtəlif səviyyələrdə müzakirə olundu. Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar Cani Lorji məlum qanunun əleyhinə səs verən deputatlardan bir qrupudur. Həmin başabəla qanun layihəsi müzakirəyə çıxarıldığı gündən Azərbaycan dövləti, ictimaiyyət narahatlığını ifadə etdi. Çünki söhbət Türkiyə ilə dost-qardaş olmağımızdan onlara dəstək verməyimizdən öncə Azərbaycanın milli maraqlarından, işğalçı dövlətə yeni işğallar soyqırımları üçün stimul verilməsindən gedir.  

Azərbaycan Prezidenti İlham Əliyev Fransanın deputatlarını qəbul edərkən  ümidvar olduğunu bildirdi ki, gerçək tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan bu cür qanun qüvvəyə minməyəcək. Qarşılıqlı fikir mübadiləsi aparılarkən xanım Natali Qule digər senatorlar bu yöndə səylərini əsirgəməyəcəklərini Azərbaycanla hərtərəfli əlaqələrin inkişafı üçün daha çox çalışacaqlarını bildirdilər. Çünki həmişə Azərbaycan ilə Fransa arasında sıx əlaqələr olub bu əlaqələr ildən-ilə inkişaf edib.

Azərbaycan parlamentində görüşlər zamanı da bu cür fikirlər səsləndi. Tarixi tarixçilərin araşdırmalı olduğunu deyən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, tarixi bilmədən, arxivi araşdırmadan hansısa uzaq dönəmdə baş vermiş bir hadisəni siyasiləşdirib bu gün parlamentin müzakirəsinə çıxarmaq heç bir dövlətə, onun parlamentinə başucalığı gətirməz: "Bu baxımdan çox yaxın keçmişdə baş vermiş Xocalı soyqırımı kimi faciəyə, Azərbaycandakı 1 milyondan çox insanın qaçqın vəziyyətinə göz yumaraq uydurma bir hadisəni şişirtmək başadüşülən deyil. Biz Fransa siyasətçilərini bu məsələdə daha həssas olmağa səsləyirik".

Senatorların çıxışından əminlik yarandı ki, bundan sonra Azərbaycanın haqq səsi Fransada daha çox eşidiləcək. Fransalı deputatların diqqətinə çatdırıldı ki, Xocalı soyqırımı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlər Fransada, Senatda daha çox səslənməli, bu sahədə güclü aparılmalıdır. Çünki əsl həqiqəti Fransa ictimaiyyəti bilərsə, bu cür ədalətsizliyə, qanunsuzluğa yol verilməz. Xocalı soyqırımı Fransa parlamentində müzakirəyə çıxarılmalıdır, işğal olunmuş Azərbaycan torpaqları geri qaytarılmalı, qaçqın məcburi köçkünlər evlərinə dönməlidirlər.

Baş nazirin müavini, Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da fransalı qonaqlarla görüşdə bu məsələlərə toxundu: "Xocalı soyqırımı öz ədalətli qiymətini bugünədək gözlədiyi halda Fransa parlamantinin belə bir addım atması dolayısı ilə Ermənistanın işğalçı siyasətinə bəraət qazandırır, yeni soyqırımlarına, yeni təcavüzkarlıq aktlarına rəvac verir". Natali Qule digər deputatlar Ə.Həsənovun haqlı iradlarının üstünə gələrək, doğma yurd-yuvalarından qaçqın məcburi köçkün düşmüş insanların 20 ildə nələr yaşadıqlarını yaxşı anladıqlarını bildirdilər. N.Qule bildirdi ki, bu qanunun qüvvəyə minməsi Fransa üçün yolverilməzdir: "Qaçqınların məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması həmişə Fransanın da mövqeyi olmuşdur. Azərbaycan tərəfi ölkədə olan qaçqınlar məcburi köçkünlərlə bağlı məsələni Fransa Prezidentinə qarşı əsas kimi istifadə edə bilər. Başa düşürük, qaçqınların məruz qaldıqları faciə Azərbaycana imkan verir ki, belə mövqe tutsun. Biz bu qərarın qəbuluna səs verməmişik, Azərbaycanı daha yaxından tanımaq vəziyyəti olduğu kimi ölkəmizə çatdırmaq üçün Bakıya səfər etmişik. Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr ölkə kimi Fransa bitərəf mövqe tutmalıdır. Lakin bu qanunun qəbul edilməsi Fransanın münaqişə tərəflərindən birinin tərəfini tutması deməkdir. Türkiyə ilə münasibətlərin korlanması da Fransanın milli maraqlarına uyğun deyil. Həm bu qanun Fransa Konstitusiyasına ziddir. Biz əlimizdən gələni əsirgəməyəcəyik ki, qanun Konstitusiya Məhkəməsi  tərəfindən ləğv edilsin".

Sabunçuda, Ramana qəsəbəsində, Nərimanov rayonunda yarımçıq tikililərdə məskunlaşan qaçqın məcburi köçkünlərlə söhbətləşən fransalı deputatlar onların hansı vəziyyətdə yurd-yuvalarından qovulduqlarını öyrəndilər, düşdükləri ağır vəziyyəti anladıqlarını bildirdilər. Baxşalı Hümbətov məcburi köçkünlərin yaşadığı vəziyyəti daha dəqiq ifadə etdi: "Belə görünür ki, fransalı senatorlar Ermənistanı körüklədikcə biz doğma yurdlarımıza daha çox həsrət qalacağıq. Bir dəfə olsa əsl həqiqəti gözünüzlə görün, haqqı nahaqa verməyin".

Göründüyü kimi, Azərbaycanın Fransa Senatının qəbul etdiyi qanunun qüvvəyə minməsinə qarşı atdığı kəskin addımlar, rəsmi Bakının qətiyyətli mövqeyi göz önündədir. Senatorların səfəri ilə bağlı qardaş Türkiyədən gələn minnətdarlıq sədalarını da Azərbaycan normal qarşıladı. Göstərildi ki, bu bizim birgə vəzifəmiz, birgə milli mənafeyimizdir. Bu, həm iki dost qardaş ölkənin münasibətlərini gərginləşdirməyə cəhd edənlərə tutarlı cavabdır. Elə bir məsələ yoxdur ki, onun həllində Türkiyə ilə Azərbaycanın mövqeləri ayrılsın. Bunu arzulayan qüvvələr hər zaman qarşılarında bu cür birlik, bərabərlik görəcəklər.

Fransa deputatlarının ölkələrinə qayıtdıqdan sonra da sənədin tətbiqinə qarşı çıxacaqlarını bəyan etməsi bu səfərin böyük əhəmiyyətə malik olduğunu göstərir.

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 7.