Qubadlılılar ölkə başçısının siyasətini dəstəkləyirlər

 

Sumqayıt şəhərindəki 28 may mədəniyyət sarayında Qubadlı rayonunun ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq  keçirilmişdir.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstünün qarşısına gül-çiçək dəstələri qoymuşlar. Sonra mədəniyyət evinin foyesində təşkil edilmiş və Qubadlı rayonu üzrə 2011-ci ilin yekun statistik göstəricilərini əks etdirən stendlərlə, yeni yaradılmış elektron saytla tanış olmuşlar.

Yığıncaqda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı  Malik İsaqov çıxış edərək bildirdi ki, 2011-ci il Azərbaycanın tarixində əlamətdar hadisələrlə zəngin olan ildir. Ötən il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi ölkədə böyük bayram əhval-ruhiyyəsi ilə qeyd edilmişdir. Ölkəmizin beynəlxalq miqyasda nüfuzu daha da artmışdır. Azərbaycanın Birləşmış Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi isə diplomatiyamızın böyük qələbəsi, dövlətimizin dünyada artan nüfuzunun göstəricisi olmuşdur. Azərbaycan 2011-ci ilin yekunlarına görə dünyada ən sürətlə inkişaf edən ölkələr sırasındadır.  Bütün bunlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Azərbaycan  Prezidenti İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla, yaradıcılıqla həyata keçirilməsinin nəticəsidir.

M.İsaqov vurğulamışdır ki, ötən ildə də əsas diqqət məcburi köçkünlərin kommunal problemlərinin həllinə, sosial rifahlarının yaxşılaşdırılmasına, təhsil və səhiyyə sisteminin inkişafına, ümumiyyətlə, əhaliyə xidmət edən idarə, müəssisə və təşkilatların, icra strukturlarının işinin səmərəli qurulmasına yönəldilmişdir. Rayon vergilər idarəsinin, maliyyə və təhsil, mədəniyyət və turizm şöbələrinin, mədəniyyət evinin, Mahmudlu kənd uşaq musiqi məktəbinin, Mahmudlu və Yuxarı Mollu kənd tam orta məktəblərinin yerləşdiyi binalarda istilik sistemləri quraşdırılmışdır. Binaların dam örtüklərinin yumşaq materiallarla əvəzlənməsi və mədəniyyət evinin cari təmir işləri başa çatdırılmışdır. Mərkəzi xəstəxananın poliklinika binasında cari təmir işləri aparılmışdır.

İl ərzində Sumqayıt şəhərində və respublikanın digər ərazilərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillərində yaranan qəzalı vəziyyət aradan qaldırılmış, divarlarda bərkitmə və suvaq işləri aparılmış, qaz, suelektrik enerjisi ilə bağlı əmələ gələn problemlər müsbət həllini tapmışdır.

Rayonda son illər həyata keçirilən tədbirlərin nəticəsində əmək qabiliyyətli əhalinin xeyli hissəsi işlə təmin olunmuşdur. Ümumiyyətlə, ötən il 292 yeri açılmışdır.

2011-ci ildə rayonun təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlər öz nəticəsini vermişdir. Hazırda fəaliyyət göstərən 32 ümumtəhsil məktəbinin binasının 10-u yeni inşa olunmuş, qalanları isə yenidən qurulmuşya əsaslı təmir edilmişdir. İndi 6 min 545 şagirdin təhsil almasına müasir tələblər səviyyəsində cavab verən məktəblərimiz var. Onlarda 849 nəfər pedaqoji işçi çalışır. Bu sahədə, yaradılmış maddi baza ilbəil təhsilin keyfiyyətinin yüksəldilməsinə öz bəhrəsini verməkdədir. Məzunların 850 nəfəri respublikanın ayrı-ayrı ali təhsil müəssisələrində  təhsillərini uğurla davam etdirir. Xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrində oxuyanların sayı da artır. Ötən ilin göstəricilərini də qənaətbəxş hesab etmək olar. Yığıncaqda  çıxış edənlər ölkə başçısının siyasətini dəstəklədiklərini, işğal altında qalan torpaqlarımızın tezliklə azad olunacağını vurğuladılar.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən AğayevMilli Məclisin deputatı İmamverdi İsmayılov iştirak və çıxış etdilər.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  müraciət qəbul edildi.

 

 Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 15 fevral.- S. 9.