Almaniya Xristian Demokratik İttifaqı/Xristian Sosial
İttifaqı partiyalarının Bundestaq
fraksiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə
bağlısənəd qəbul etmişdir
Almaniyanın Xristian Demokratik İttifaqı/Xristian Sosial İttifaqı partiyalarının Bundestaq fraksiyasının xarici siyasət məsələləri üzrə işçi komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sənəd qəbul etmişdir. Sənəddə Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edildiyi əksini tapmışdır.
Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a verilən məlumata görə, "Dağlıq Qarabağda 20 illik münaqişə: münaqişənin sülh yolu ilə həllində yeni stimul" adlı sənəddə bildirilmişdir ki, ermənilər azərbaycanlılara qarşı etnik zəmində dəfələrlə zorakılıq törətmişlər. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində minlərlə dinc sakin həlak olmuş, 1 milyonadək insan ev-eşiyindən qovulmuşdur. Erməni silahlı qüvvələri nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, eləcə də ətrafdakı yeddi rayonu da işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan torpaqlarının qeyd-şərtsiz geri qaytarılması ilə bağlı qəbul etdiyi qətnamələr nəzərə alınmamışdır.
Sənəddə vurğulanmışdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi olaraq qəbul edir. Bu kontekstdə münaqişənin birdəfəlik və sülh yolu ilə həllinə dəstək Almaniyanın, eləcə də Avropa İttifaqının mövqeyidir.
Bundan əlavə, sənəddə xatırladılmışdır ki, keçən ilin martın əvvəlində atəşkəs xəttindən birbaşa ermənilərin snayper silahı ilə açdıqları atəş nəticəsində 9 yaşlı azərbaycanlı uşaq öldürülmüşdür. Bu isə onu göstərir ki, Ermənistan hələ də beynəlxalq hüquqa dair öhdəlikləri pozmaqda davam edir.
Sənədin yekununda Sosial Demokrat
Partiyasının parlament
fraksiyasının xarici siyasət üzrə
işçi qrupu Almaniya Federal hökumətini,
ATƏT, NATO və BMT və digər beynəlxalq təşkilatları
bu istiqamətdə səylərini
artırmağa çağırmışdır.
Azərbaycan.- 2012.- 15 fevral.- S. 10.