Bakıda
keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi
üçün akkreditasiyanın vaxtı
açıqlanmışdır
Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində nümayəndə heyətləri, jurnalistlər və fanklub üzvləri üçün akkreditasiyanın başlanma tarixi açıqlanmışdır.
AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, akkreditasiya prosesi fevralın 15-də Mərkəzi Avropa vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 15:00) başlayacaqdır. Qeydiyyat aprelin 20-si Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dək (Bakı vaxtı ilə saat 02:59) davam edəcəkdir.
Akkreditasiya
prosesi "Eurovision" mahnı müsabiqəsinin rəsmi
saytı olan eurovision.tv-də "Eurovision Family Accreditation
System" (EFAS) vasitəsilə həyata keçiriləcəkdir.
Aprelin
20-də proses bağlandıqdan sonra bu sistemə müraciət
edən şəxsin akkreditasiyadan keçəcəyinə zəmanət
verilmir.
May
ayında keçiriləcək "Eurovision-2012" mahnı
müsabiqəsi üçün biletlər və otellər
barədə ətraflı məlumatlar isə yaxın
vaxtlarda açıqlanacaqdır.
Azərbaycan.- 2012.-12 fevral.- S. 7.