«Hərbi vəzifə
və hərbi xidmət haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci və 19-cu bəndlərini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilsin və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılsın.
2. "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə" təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iki ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. üç ay müddətində:
4.1.1. Azərbaycan
Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.1.3. həmin qanunun 2.0.4-cü maddəsində nəzərdə tutulmuş çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydasını müəyyən etsin;
4.1.4. həmin qanunun 3.4-cü maddəsində nəzərdə tutulmuş hərbi uçot ixtisasların siyahısını müəyyən etsin;
4.1.5. həmin qanunun 4.3-cü maddəsində nəzərdə tutulmuş çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydasını müəyyən etsin;
4.1.6. həmin qanunun
9.3-cü maddəsinin birinci cümləsində
nəzərdə tutulmuş
çağırışaqədər yaş
həddində olan vətəndaşların
və çağırışçıların fiziki hazırlığı
proqramlarını və bu
hazırlığın təmin edilməsinə yönəlmiş
idman növlərinin siyahısını
müəyyən etsin;
4.1.7.
həmin qanunun 10.1-ci maddəsində nəzərdə
tutulmuş xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların
hazırlığını keçirən təhsil müəssisələrinin
siyahısını müəyyən etsin;
4.1.8.
həmin qanunun 11.1-ci maddəsində nəzərdə
tutulmuş ali təhsil müəssisələrində
xüsusi proqram üzrə zabitlərin hazırlanması
qaydasını və müvafiq hərbi ixtisasların
siyahısını müəyyən etsin;
4.1.9.
həmin qanunun 36.1-ci maddəsində nəzərdə
tutulmuş bağlaşma əsasında həqiqi hərbi xidmətə
daxilolmanın hallarını və qaydasını müəyyən
etsin;
4.2.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
4.3.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
5. Müəyyən edilsin ki:
5.1. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsində, 12.4-cü maddəsində birinci halda, 31.1-ci, 33.4-cü maddələrində, 34.5-ci maddəsində ikinci halda, 35.2-ci, 40.1-ci, 45.4-cü maddələrində, 45.5-ci maddəsinin ikinci cümləsində ikinci halda və 45.7-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
5.2. həmin qanunun 2.0.4-cü, 3.4-cü, 4.3-cü maddələrində, 6.2-ci maddəsində ikinci halda, 9.3-cü maddəsinin birinci cümləsində, 10.1-ci maddəsində, 10.2-ci maddəsinin ikinci cümləsində, 11.1-ci, 11.4-cü, 14.1.4-cü, 15.2-ci, 16.2-ci, 36.1-ci, 46.1.2-ci maddələrində, 49.2-ci maddəsində birinci halda, 49.4-cü və 52.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
5.3. həmin qanunun 5.2-ci və 6.5-ci maddələrində ikinci halda, 9.3-cü maddəsinin ikinci cümləsində, 10.4-cü və 13.3-cü maddələrində ikinci halda, 16.1.1-ci maddəsində və 49.2-ci maddəsində ikinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirir;
5.4. həmin qanunun 2.0.5-ci, 4.2-ci maddələrində, 5.1-ci maddəsində birinci halda, 5.1.1-ci, 6.1-ci maddələrində, 6.2-ci maddəsində birinci halda, 6.3-cü maddəsində ikinci və üçüncü hallarda, 6.4-cü maddəsində hər üç halda, 6.5-ci maddəsində birinci halda, 7.1-ci, 7.3-cü maddələrində, 8.1-ci maddəsində hər iki halda, 8.2.1-ci, 8.2.2-ci maddələrində, 8.3-cü maddəsində ikinci halda, 8.4-cü, 8.5-ci, 8.6-cı maddələrində, 8.7-ci maddəsində hər iki halda, 10.4-cü maddəsində birinci halda, 12.4-cü maddəsində ikinci halda, 12.5-ci maddəsində, 12.6-cı maddəsində hər iki halda, 12.7-ci maddəsində (12.7.2-ci maddə istisna olmaqla), 13.1.1-ci, 15.1-ci, 37.1.1-ci, 45.8-ci, 46.2-ci maddələrində, 49.2-ci maddəsində üçüncü halda və 49.3-cü maddəsində hər iki halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçirirlər;
5.5. həmin qanunun 5.1-ci maddəsində ikinci halda, 5.2-ci və 6.3-cü maddələrində birinci halda, 12.7.2-ci, 13.1.2-ci maddələrində və 13.3-cü maddəsində birinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirirlər;
5.6. həmin qanunun 8.2-ci maddəsində (8.2.1-ci və 8.2.2-ci maddələr istisna olmaqla) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;
5.7. həmin qanunun 8.3-cü maddəsində birinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri həyata keçirirlər;
5.8. həmin qanunun 10.2-ci maddəsinin birinci cümləsində və 16.1.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər;
5.9. həmin qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi həyata keçirirlər;
5.10. həmin qanunun 28.4-cü maddəsinin ikinci cümləsində və 40.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər;
5.11. həmin qanunun 32.2-ci maddəsində, 34.3-cü maddəsinin ikinci cümləsində, 34.5-ci maddəsində birinci halda, 40.3-cü və 46.1.8-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər;
5.12. həmin qanunun 45.5-ci maddəsinin birinci cümləsində və ikinci cümləsində birinci halda nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq aidiyyəti üzrə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq proqramını iki ay müddətində müəyyən etsinlər.
8. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin formasını iki ay müddətində müəyyən etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 fevral
2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 1.