2011-ci il
noyabrın 14-də Bakı şəhərində
imzalanmış «Azərsu» Açıq Səhmdar Cəmiyyəti
ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və
Koreya İxrac-İdxal Bankı arasında Abşeron
yarımadasında su çatışmazlığı
üzrə ümumi həll layihəsinə dair Anlaşma
Memorandumu»nun təsdiq edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il noyabrın 14-də Bakı şəhərində imzalanmış "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Koreya İxrac-İdxal Bankı arasında Abşeron yarımadasında su çatışmazlığı üzrə ümumi həll layihəsinə dair Anlaşma Memorandumu" təsdiq edilsin.
2. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Koreya Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
13 fevral 2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 1.