«Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi
haqqında» Azərbaycan Respublikası Prezidentinin
2001-ci il 26 iyul tarixli 545 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 iyul tarixli 545 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 7, maddə 482; 2005, ¹ 10, maddə 917; 2006, ¹ 7, maddə 595) 2-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 3.