«Azərbaycan
Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar
sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi barədə»
Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 25 iyul tarixli 431 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 iyul tarixli 431 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 7, maddə 595; 2010, ¹ 2, maddə 80, ¹ 9, maddə 773) 1-ci hissəsi ləğv edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 fevral 2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 3.