A.Y.Rəhimovun Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi təyin edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 1.