«Azərbaycan
Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1787 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 11, maddə 976) 1-ci hissəsində "Teymur Mehdiyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözləri "Nazim Səmədov - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini" sözləri ilə və "İsfəndiyar Vahabzadə - Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri" sözləri "Namiq Əliyev - Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Moldova Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 fevral 2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 1.