«Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq
məsələləri üzrə hökumətlərarası
Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı
il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 8, maddə 723; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Rəfail Mirzəyev - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin birinci müavini" sözlərindən sonra "Vaqif Əliyev - Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini" sözləri və "Səfər Mehdiyev - Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin;
1.2. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən hökumətlərarası Dövlət Komissiyasının tərkibi barədə Rusiya Federasiyası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 2.