«Azərbaycan
Respublikası ilə Rusiya
Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin
təsdiq edilməsi Haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2283 nömrəli
Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2283 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 719) 1-ci hissəsində "İradə Hüseynova - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə və "Nazim İbrahimov - Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri" sözləri "Nazim İbrahimov - Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Rusiya Federasiyasının Dağıstan Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 2.