«Azərbaycan
Respublikasının Moskva şəhəri
ilə əməkdaşlıq üzrə Hökumət
Komissiyasının yeni tərkibinin təsdiq
edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr tarixli 1724 nömrəli
Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan Respublikasının Moskva şəhəri ilə
əməkdaşlıq üzrə Hökumət
Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 oktyabr
tarixli 1724 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 10, maddə
865; 2009, ¹ 7, maddə 589) 1-ci hissəsində "İradə
Hüseynova - Azərbaycan Respublikasının təhsil
nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini" sözləri ilə
əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Hökumət
Komissiyasının yeni tərkibi barədə Rusiya
Federasiyası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 2.