«Azərbaycan
Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi barədə» Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamında
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 16 oktyabr tarixli 1737 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 10, maddələr 878, 888) 1-ci hissəsində "İradə Hüseynova - Azərbaycan Respublikasının təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikasının təhsil nazirinin müavini" sözləri ilə və "Əli Nağıyev - Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri" sözləri "İsfəndiyar Vahabzadə - Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Belarus Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 2.