«Azərbaycan
Respublikası və Misir Ərəb Respublikası arasında
Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq
üzrə Müştərək Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin təsdiq
edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2009-cu
il 10 avqust tarixli 438 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 438 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 646; 2010, ¹ 9, maddə 773) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə əvəz edilsin;
1.2. "Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözlərindən sonra "Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi" sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Misir Ərəb Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.- 14 fevral.- S. 3.