«Azərbaycan
Respublikası ilə Türkmənistan Respublikası
arasında iqtisadi və humanitar
sahələrdə əməkdaşlıq üzrə Birgə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli
2236 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan Respublikası ilə Türkmənistan
Respublikası arasında iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq üzrə Birgə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 650;
2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773) 1-ci
hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
"Elmar Qasımov - Azərbaycan Respublikası təhsil
nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini" sözləri ilə
və "Arif Əsgərov - Azərbaycan Dövlət Dəmir
Yolunun rəisi" sözləri "Arif Əsgərov -
"Azərbaycan Dövlət Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin sədri" sözləri
ilə əvəz edilsin;
1.2. "Nazim İbrahimov - Azərbaycan
Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri" sözlərindən sonra
"Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət
Dəniz Administrasiyasının rəisi" sözləri əlavə
edilsin;
1.3.
"Əlixan Məlikov - "Azəriqaz" Qapalı Səhmdar
Cəmiyyətinin sədri" sözləri
çıxarılsın.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Birgə Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
barədə Türkmənistan tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 3.