«Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmitexnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmitexnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2445 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007,  ¹ 10, maddə 982; 2009, ¹ 1, maddə 17; 2010, ¹ 2, maddə 80) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. "Elmar Qasımov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin müavini" sözləri ilə, "Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini" sözləri ilə, "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini" sözləri "Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini" sözləri ilə və "Tamerlan Qarayev - Azərbaycan Respublikasının Hindistan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri" sözləri "İbrahim Hacıyev - Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin;

1.2. "Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini" sözlərindən sonra "Vaqif Əliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini" sözləri əlavə edilsin;

1.3. "Teymur Mehdiyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini" sözləri çıxarılsın.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə Hindistan Respublikası tərəfinə bildiriş göndərsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 fevral 2012-ci il

 

Azərbaycan.- 2012.-14 fevral.- S.  3.