«Azərbaycan
Respublikası Hökuməti və Kuba
Respublikası Hökuməti arasında əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli
2444 nömrəli Sərəncamında dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan Respublikası Hökuməti və Kuba
Respublikası Hökuməti arasında əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 18 oktyabr tarixli 2444 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007, ¹ 10, maddə 981; 2009, ¹ 1, maddə 17)
1-ci hissəsində "Elmar Qasımov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini" sözləri
"Qulu Novruzov - Azərbaycan Respublikası təhsil nazirinin
müavini" sözləri ilə və "Sənan Kərimov
- Azərbaycan Respublikası səhiyyə nazirinin
müavini" sözləri "Abbas Vəlibəyov - Azərbaycan
Respublikası səhiyyə nazirinin müavini" sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
barədə Kuba Respublikası tərəfinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral
2012-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 3.