«Azərbaycan
Respublikası ilə Serbiya Respublikası
arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli
1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
"Azərbaycan Respublikası ilə Serbiya Respublikası
arasında ticarət və iqtisadi əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli
Sərəncamının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 517) 1-ci hissəsində
"Elmar Qasımov - Azərbaycan Respublikası təhsil
nazirinin müavini" sözləri "Qulu Novruzov - Azərbaycan
Respublikası təhsil nazirinin müavini" sözləri ilə
əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Hökumətlərarası
Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi
barədə Serbiya Respublikası tərəfinə
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 8 fevral 2012-ci
il
Azərbaycan.- 2012.-14 fevral.- S. 3.