«Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan
Hökuməti arasında məxfi məlumatın
qarşılıqlı mühafizəsi haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının
95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər
tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında məxfi məlumatın qarşılıqlı
mühafizəsi haqqında" 2011-ci il oktyabrın 26-da
Bakı şəhərində imzalanmış Saziş təsdiq
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 30 dekabr
2011-ci il
Azərbaycan.- 2012.-14 fevral.- S. 2.