«Azərbaycan: sürətli inkişafda olan iqtisadiyyat»

 

 Fransada nəşr olunan nüfuzlu "Echanges internationaux" jurnalının Azərbaycana həsr etdiyi xüsusi buraxılış belə adlanır

 

Fransa Milli Komitəsinin Beynəlxalq Ticarət Palatasının fransız dilində nəşr olunan "Echanges internationaux" (Beynəlxalq mübadilələr) jurnalının Azərbaycana həsr olunmuş "Azərbaycan: sürətli inkişafda olan iqtisadiyyat" adlı xüsusi buraxılışı (yanvar 2012, N 93) işıq üzü görmüşdür.

Jurnalda Fransanın Azərbaycandakı strategiyaları və əldə etdiyi uğurlar, Azərbaycanın Avropanın enerji sahəsində mühüm tərəfdaşı olması, ölkəmizin inkişaf edən nəqliyyat infrastrukturu, Azərbaycanın neftqaz istehsal edən ölkə kimi əhəmiyyəti, şaxələndirilmiş iqtisadiyyatı məsələlərinə toxunulmuşdur. Həmçinin jurnaldakı yazılarda bu il Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyini qeyd etməsi, ölkənin dinamik şəkildə modernləşməyə nail olması vurğulanmış, Azərbaycanda neft sənayesinin tarixi, Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində görülən işlər, bu sahədə təşkil olunan tədbirlər, hökumətlərarası birgə iqtisadi komissiyanın fəaliyyəti, Azərbaycan-Fransa Biznes Şurasının yaradılmasının əhəmiyyəti, Azərbaycan-Fransa Ticarət Palatasının hər iki ölkənin qeyri-neft sektorunda çalışan şirkətlərinin əməkdaşlığının inkişaf etdirilməsinin təşviqi, ölkəmizin qeyri-neft sektorunun yüksəliş strategiyası, bu sahədə əldə olunmuş uğurlar, Fransa ilə Azərbaycan arasında əməkdaşlıq və onun yaxşı perspektivləri geniş əhatə olunmuşdur.

Aşağıda jurnalın bu sayında yer almış Azərbaycanın və Fransanın tanınmış dövlət adamlarının, nazirlərin, Azərbaycanda fəaliyyət göstərən məşhur Fransa şirkətlərinin nümayəndələrinin fikirləri, yazılarının sərlövhələri ilə birlikdə qısa məzmunu ardıcıl şəkildə verilmişdir.

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller "Fransa ilə Azərbaycan arasında mədəni, tarixiiqtisadi əlaqələr" sərlövhəli məqaləsində yazır: "Fransa şirkətləri ölkəmizin iqtisadi inkişafına əhəmiyyətli töhfə verirlər. Bu şirkətlər neftqaz sahəsi ilə yanaşı, ətraf mühit və nəqliyyat sahələrində fəaliyyət göstərməklə Azərbaycan iqtisadiyyatının şaxələnməsində iştirak edirlər. Həmçinin həmin şirkətlər şəhər nəqliyyatı, Bakı metrosunun müasirləşdirilməsi və genişləndirilməsi, çirkli suların təmizlənməsi və digər sahələrdə Azərbaycan ilə əməkdaşlıq edirlər. Hazırda Azərbaycanda Fransanın 50-yə yaxın şirkəti fəaliyyət göstərir".

Eyni zamanda, səfir məqaləsində mədəni əlaqələr, təhsil, Fransada təhsil alan azərbaycanlı tələbələrə təqaüdlərin verilməsi, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsindəki rolundan danışır və qeyd edir ki, Fransa sülh müqaviləsinin hazırlanması üçün təkliflər irəli sürmüşdür. Regionun sabitliyi və Cənubi Qafqaz ölkələrinin rifahı naminə Fransanın irəli sürdüyü təşəbbüslər isə artıq nəticə verməkdədir. Azərbaycan bu gün  Fransanın möhkəm və davamlı şəkildə etibar etdiyi beynəlxalq əhəmiyyətli bir ölkədir.

Jurnalda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun "Azərbaycan son 20 il ərzində əhəmiyyətli nailiyyətlər qazanmışdır" sərlövhəli məqaləsi də yer almışdır.

Səfir məqaləsində Şərq ilə Qərbin kəsişməsində, qədim İpək Yolunun üzərində yerləşən Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti haqqında ətraflı məlumat verir, ölkəmizdə həyata keçirilən demokratik islahatlardan, dövlət quruculuğu işlərindən, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla müxtəlif sahələrdə əməkdaşlıqdan, bu yaxınlarda Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsindən, Prezident Nikola Sarkozinin Azərbaycana səfərindən, bu səfər çərçivəsində Bakıda Fransız liseyinin təməlinin qoyulmasından və birinci xanım Mehriban Əliyevaya Fransanın "Şərəf Legionunun Zabiti" dövlət ordeninin verilməsinin əhəmiyyətindən danışır. Diplomat həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yerlixarici investisiyaların təşviqi, beynəlxalq qurumların hesabatlarında ölkəmizin iqtisadiyyatına verilən qiymət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolundan söhbət açır və Fransa ilə strateji əməkdaşlığın inkişaf etdirildiyini diqqətə çatdırır.

Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın 2011-ci il sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda keçirilən beynəlxalq konfransda "Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır" adlı çıxışının tam mətni də fotoşəkillərin müşayiəti ilə jurnalda verilmişdir.

Birinci xanım Mehriban Əliyeva bu çıxışında Azərbaycanda neft sənayesinin tarixindən, keçdiyi inkişaf yolundan, ilk neft bumu dövründə xarici şirkətlərin ölkəmizdə fəaliyyətindən, Azərbaycan neftçilərinin faşizm üzərində qələbəyə töhfəsindən söhbət açmışdır.

İyirminci əsrin axırlarında müstəqilliyini bərpa edəndən sonra Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını və dünyanın bir çox aparıcı enerji şirkətlərinin milli neftqaz sektorumuza sərmayə yatırmalarından danışan Mehriban xanım Əliyeva demişdir: "1994-cü ildə dünyanın aparıneft şirkətlərindən ibarət konsorsiumla "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycan tarixdə ilk dəfə olaraq Xəzər dənizinin resurslarını beynəlxalq aləmə açdı. Həmin vaxtdan etibarən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 20 müxtəlif ölkəni təmsil edən 53 beynəlxalq enerji şirkəti ilə 32 pay bölgüsü sazişini imzalamışdır. Xarici şirkətlərin Azərbaycanın neftqaz sektoruna yatırdığı sərmayələrin ümumi həcmi 44 milyard ABŞ dollarına çatır. Hazırda Azərbaycan gün ərzində təxminən 1 milyon barel neft və ildə 30 milyard kubmetrə yaxın qaz hasil edir.

Təsdiqlənmiş qaz ehtiyatlarımız 2,2 trilyon kubmetrdən artıqdır. Bu, gələn onilliklər ərzində ölkəmizə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanını yaradacaqdır. Azərbaycan həmçinin enerji nəqli infrastrukturuna sərmayə qoyub. Prioritetlərimizdən biri təchizat marşrutlarının şaxələndirilməsidir. Bu gün 7 neftqaz kəməri resurslarımızı müxtəlif təchizat marşrutları ilə dünya bazarlarına çıxarır".

Azərbaycanın öz enerji təhlükəsizliyini təmin etdiyini və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinə də töhfə verdiyini vurğulayan birinci xanım Mehriban Əliyeva ölkəmizin şaxələndirilmiş neft-qaz nəqli marşrutlarından söhbət açmış, tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini diqqətə çatdıraraq demişdir: "Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Enerji təhlükəsizliyi məsələsinə yanaşmamız ondan ibarətdir ki, enerji resursları ölkələri və xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji resursları rəqabət və ya toqquşmaya deyil, regional və beynəlxalq əməkdaşlığa xidmət etməlidir. Təchizatçıların, tranzit ölkələrin və istehlakçıların maraqları üst-üstə düşməli və daha çox proqnozlaşdırma və qarşılıqlı faydaya aparmalıdır. Bu, ölkəmizin enerji fəlsəfəsidir".

Xəzər dənizinin Azərbaycan sektorunda yeni "Abşeron" qaz yatağının kəşfində Fransanın "Total" və "Qaz de Frans" şirkətlərinin xidmətlərini xüsusi qeyd edən Mehriban xanım Əliyeva bu yatağın Azərbaycanın enerji potensialını, eləcə də Avropanın enerji təhlükəsizliyini gücləndirəcəyini qeyd edərək demişdir: "2011-ci il yanvarın 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən "Cənub" qaz dəhlizi ilə bağlı birgə bəyannamə imzalandı. Ümidvarıq ki, yaxın zamanlarda Azərbaycan qazı Avropa qaz bazarına çıxarılacaq və Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da möhkəmlənəcəkdir".

Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Bessonun jurnalda verilmiş məqaləsi belə adlanır: "Azərbaycanın ilk telekommunikasiya peykinin fəzaya buraxılması Fransanın Azərbaycanda nüfuzunun göstəricisidir".

Nazir yazır: "İndi Azərbaycan ilə texniki əməkdaşlıq enerji və İKT sahələrini əhatə edirsə, gələcəkdə bu sahələr daha da genişlənəcəkdir".

Erik Besson Fransa şirkətinin Azərbaycanın ilk süni peykinin fəzaya buraxılması üzrə tenderin qalibi olmasının əhəmiyyətini qeyd edərək bildirir: "Azərbaycan Fransanın bütün Qafqaz regionunda birinci yerdə olan tərəfdaşıdır və bizim bu regiona qoyduğumuz birbaşa investisiyalardan yararlanan bir ölkədir. Münasibətlər davamlı şəkildə inkişaf edir".

Həmçinin İKT və xidmət sahələri üzrə əlaqələrin daha da inkişaf etdirilməsi arzusunda olduğunu bildirən nazir Fransa şirkətlərinin Azərbaycanda kənd təsərrüfatı, yeyinti, istehlakyeni texnologiyalar  sahələrində əməkdaşlıq etmək istədiklərini yazaraq azərbaycanlı həmkarı ilə keçirdiyi görüşün əhəmiyyətindən danışmışdır.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun "Yeni texnologiyalar, yeni imkanlar" sərlövhəli yazısı da jurnalda əksini tapmışdır.

Əli Abbasov yazır: "Hər iki ölkə texniki sahədə əməkdaşlığı və ticarət dövriyyəsini artırmaq niyyətindədir". Nazir bu sahədə fransalı həmkarı ilə apardığı hərtərəfli danışıqları bir daha xatırladır, İKT sahəsində Fransa ilə Azərbaycanın əməkdaşlığının perspektivləri, Fransa şirkətlərinin Azərbaycanın iqtisadiyyatına töhfəsi barədə fikirlərini bölüşərək qeyd edir: "Bakının müasirliyi ölkəmizin yeni texnologiyalar sahəsində inkişafının əyani göstəricisidir".

Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev "Azərbaycan enerji sahəsində mühüm əhəmiyyəti olan bir ölkədir" sərlövhəli məqaləsində yazır: "Dünya əhalisinin artması, iqtisadi inkişaf, enerjiyə tələbatın yüksəlməsi ekolojiiqtisadi gərginlik yaradır və bunun nəticəsində son illərdə enerji təhlükəsizliyi dövlətləri narahat edən əsas məsələlərdən biri olmuşdur".

Nazir Azərbaycanın Avropanın enerji ilə təmin olunmasında yeni bir mənbə kimi enerji təhlükəsizliyinə verə biləcəyi töhfələr, ölkəmizdə boru kəmərlərinin yenidən qurulması, daha da modernləşdirilməsi, infrastrukturun inkişaf etdirilməsi barədə danışır. Natiq Əliyev ölkəmizin ərazisindən keçən və reallaşdırılması nəzərdə tutulan alternativ qaz kəmərləri haqqında məlumat verirbildirir ki, Azərbaycan istənilən layihədə etibarlı bir tərəfdaş kimi götürdüyü öhdəliklərə sadiq qalacaqdır.

Fransanın nəqliyyat naziri Tyeri Marianinin jurnalda yer almış məqaləsi belə adlanır: "Qafqazda strateji tərəfdaş".

Nazir yazır: "Azərbaycan beynəlxalq və regional enerji sahəsində əvəzolunmaz ölkədir. İki mühüm boru kəməri ilə (BTC, BTƏ) Avropaya enerji çatdırır. Azərbaycan neftin sənaye üsulu ilə istehsalına başlayan ilk ölkə olmaqla yanaşı, Qərb istiqamətində enerji daşınmasında mühüm rol oynayan bir dövlətdir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında xüsusi geosiyasi əhəmiyyəti olan tərəfdaş, Qafqaz regionunda Fransanın birinci yerdə olan ticarət partnyorudur. Fransa Azərbaycan ilə təkcə enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlıq qurmaq niyyətindədir".

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov "İnkişaf etmiş ölkələrin, o cümlədən Fransanın təcrübəsi və imkanları maraqlıdır" adlı məqaləsində yazır: "İqtisadiyyatı sürətlə inkişaf edən bir ölkə üçün müasir, milli və beynəlxalq tələbata cavab verən möhkəm nəqliyyat infrastrukturunun inkişafı zəruridir. Bunsuz nə ölkəmizin iqtisadiyyatının şaxələnməsinə, nə də rayonların inkişafına nail ola bilərik. Bu istiqamətdə layihələrin reallaşmasından xarici şirkətlər, eyni zamanda, Fransa şirkətləri yararlanır".

Nazir həmçinin nəqliyyat sahəsində ölkə qarşısında duran vəzifələr, gələcək illərdə reallaşdırılması planlaşdırılan layihələr, regionun beynəlxalq aləmlə əlaqələrinin qurulmasında avtomagistralların oynadığı rol, Fransanın nəqliyyat sahəsində təcrübəsinin öyrənilməsi və tətbiqi, görülən işlər barədə ətraflı məlumat verir.

Fransa-Azərbaycan Ticarət Palatasının vitse-prezidenti Ceyms Hoqanın jurnalda "Azərbaycandakı xarici investisiyalar" sərlövhəli yazısı da dərc edilmişdir.

Ceyms Hoqan yazır: "Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycanın enerji resursları və coğrafi cəhətdən əlverişli mövqeyi ölkəni xarici investisiyalar üçün cəlbedici edir. Azərbaycan investisiyaları qoruyanbu sahədə tərəflərin hüquqlarını müdafiə edən möhkəm hüquqi baza yaratmağa nail olub. Son illər azərbaycanlı qanunvericilərin tutduğu müsbət yol mövcud çatışmazlıqları tez bir vaxtda aradan qaldırmağa kömək edəcəkdir".

Bakıda yerləşən regional iqtisadi xidmətin rəhbəri Daniel Patatın məqaləsi "Keçid dövründə olan iqtisadiyyat" adlanır.

Daniel Patat yazır: "Fransanın böyük şirkətləri Azərbaycanda uğurla təmsil olunur. Qafqaz Fransa şirkətləri üçün maraqlı bir regiondur. Azərbaycan Gürcüstan və Ermənistandan fərqli olaraq böhrandan yan keçməyə nail oldu. Tikinti, xidmət, ətraf mühitturizm sahələrində Fransa şirkətlərinin infrastruktur layihələri həyata keçirmələri üçün yaxşı imkanlar vardır. Fransa şirkətləri Azərbaycanı investisiyalara əlverişli şərait yaradan bir ölkə hesab edir".

O, həmçinin xarici ticarət sahəsində əldə olunmuş nəticələr, investisiya qoyuluşunun istiqamətləri barədə danışır.

Avropalı deputat Rəşidə Dati "Enerji təhlükəsizliyi çağırışının həlli" sərlövhəli məqaləsində yazır: "Avropa-2020" strategiyasına əsasən, enerji təhlükəsizliyi Avropanın əsas məsələsidir və bu işə 2020-ci ildə deyil, məhz indi başlamaq lazımdır. Enerji təchizatı baxımından Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır".

Jurnalda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Adil Məmmədovun "AZPROMO Azərbaycan-Fransa işgüzar əlaqələrini sürətlə inkişaf etdirəcək" adlı yazısı yer almışdır.

Fransanın Orne departamentindən olan senator Natali Qule "Qeyri-mərkəzləşmiş əməkdaşlıq" sərlövhəli məqaləsində Fransanın Eqle və Azərbaycanın Naftalan şəhərlərinin qardaşlaşması, mədəni əməkdaşlıq, konsertlərin və digər mədəni tədbirlərin təşkili, Heydər Əliyev Fondu tərəfindən Fransanın Normandiya əyalətində kilsələrin qorunması ilə bağlı görülən işlərdən söz açmışdır.

Senator yazır: "Azərbaycana çox şey təklif etməklə yanaşı, Azərbaycan və azərbaycanlılardan çox şeyi öyrənə də bilərik. Azərbaycan Qafqazın incisidir və hər cür əməkdaşlığa açıqdır. Mən Fransanın bütün bölgələrini Azərbaycan ilə yaxından əməkdaşlıq etməyə çağırıram".

Fransanın Aşağı Reyn departamentindən olan senator, Beynəlxalq Elzas İqtisadi İnkişaf Agentliyinin prezidenti Andre Reyxart məqaləsində Strasburq kafedral kilsəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə təmir olunmasını qeyd edir, Gəncə Dövlət Universiteti ilə Strasburq Universiteti arasında əməkdaşlıqdan, ölkələrimizin ədəbiyyat sahəsində əlaqələrindən danışır.

Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Rəfael Hüseynovun jurnalda yer almış məqaləsi "Bu il Azərbaycan və Gəncə böyük şair Nizami Gəncəvinin 870 illik yubileyini qeyd edir" adlanır.

Fransa Senatında Fransa-Qafqaz parlamentlərarası dostluq qrupunun sədri Ambruaz Düpon "Fransa-Azərbaycan dostluğu parlamentlərarası mübadilə ilə formalaşır" sərlövhəli məqaləsində qeyd edir: "Parlamentlərarası əlaqələr ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına töhfə verir".

O, həmçinin rəhbərlik etdiyi qurumun enerji asılılığının azaldılması istiqamətində görə biləcəyi işlərdən danışır. Ambruaz Düpon yazır: "Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti əhalinin sosial rifahına və ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir, siyasi sabitlik əlverişli biznes mühitinin formalaşmasına şərait yaradır".

Fransanın Tunellər və Yeraltı Məkan Assosiasiyasının prezidenti Alen Balan "Yeraltı işləri dərk etmək, tikmək və yenidən qurmaq" sərlövhəli məqaləsində Azərbaycan ilə əlaqələrin əhəmiyyətindən danışır. O, Azərbaycanın tikinti texnologiyası sahəsində fransız təcrübəsindən yararlana biləcəyini deyir. Fransa şirkətlərinin Azərbaycanda tikinti sahəsində layihələr həyata keçirdiyini yazır, burada arxitektura, inşaat və mühəndislik sahələrində kadrların hazırlanmasına kömək etdiklərini bildirir.

"Arianespace" şirkətinin baş direktoru Jan-İv Qal "Ölkənin ilk kommunikasiya peykini fəzaya buraxmaq şirkətimiz üçün əhəmiyyətli idi" sərlövhəli yazısında qeyd edir: "2011-ci ildə şirkətin 20-dən çox sifarişi arasında Azərbaycanın ilk kommunikasiya peykinin 2012-ci ildə fəzaya buraxılması da vardı. Gələcəkdə Azərbaycanın digər peyklərini də fəzaya buraxmaq işini həyata keçirəcəyik".

Beynəlxalq məsələlər üzrə ekspert Andre Bert jurnalda "Tullantıların energetik utilizasiyası: Bakı problemi həll edir" sərlövhəli yazı ilə çıxış etmişdir.

"Lactalis Caspi" şirkətinin Azərbaycandakı nümayəndəliyinin baş direktoru Emanuel Düran "Süd məhsulları üçün əlverişli bazar" adlı məqaləsində yazır: "Şirkətimizin 2011-ci ildə Azərbaycanda filialı açılıb. Burada süd məhsullarının istehsalı üçün əlverişli şərait vardır. Yaxın vaxtlarda satış mərkəzlərimizin sayını artırmaq və gələcəkdə Azərbaycanın regionlarında da nümayəndəliklər açmaq niyyətindəyik".

"Mainland Biznes Konsaltinq" şirkətinin məsləhətçisi Kəmalə Muradovanın yazısı "Biznes dili hər yerdə eynidir" adlanır.

"Sade" şirkətinin Avropa üzrə məsul nümayəndəsi Jan Lük Debrin yazır: "Bizim şirkət Azərbaycanda çirkli suların təmizlənməsi sahəsində fəaliyyət göstərir. 2010-cu ildən bəri bu sahədə bir sıra layihələr həyata keçirib".

"Şlümberger-Azərbaycan" şirkətinin baş meneceri Rob Alji "Azərbaycan - tarixi ölkə və "Şlümberger" üçün gözəl gələcək" sərlövhəli məqaləsində yazır: "Azərbaycanda ilk dəfə 1931-ci ildə fəaliyyətə başlayan şirkətimiz 1992-ci ildən davamlı surətdə çalışır. Hazırda şirkətimiz Azərbaycanda yataqların öyrənilməsi, qazma işləri, layihələndirmə zamanı risklərin azaldılması və digər sahələr daxil olmaqla 16 istiqamətdə fəaliyyət göstərir".

"Systra" şirkətinin Avropa üzrə direktoru Andre Onhese "Bakı gələcəyin metrosunu inşa edir" adlı yazısında bildirir: "Şirkətimiz Bakı metrosunun müasir standartlara uyğunlaşdırılması istiqamətində fəaliyyət göstərir, əlavə xətlərin tikilməsi istiqamətində aparır. Məqsəd Bakıda beynəlxalq nümunə əsasında ən müasir tələblərə cavab verən metro tikməkdir".

"Thales" Hava Sistemləri şirkətinin kommersiya direktoru Olivye Aşar "On iki illik uğurlu partnyorluq" sərlövhəli məqaləsində Azərbaycanda gördükləri işlərdən bəhs edərək yazır: "Şirkətimiz təmiz, təhlükəsiz və səmərəli hava nəqliyyatının idarə edilməsi sahəsində işləyir. Azərbaycan aeroportunun müasirləşməsi, yeni terminal, yeni nəzarət mərkəzinin yaradılması üzərində işləyirik".

"Total-Azərbaycan" şirkətinin baş direktoru Mark Föyadın məqaləsi "Nəhəng enerji layihələri" adlanır.

"Total"ın Azərbaycanda 15 ilik fəaliyyətindən danışan Mark Föyad yazır: "Total" şirkətinin Azərbaycanın enerji sahəsinin inkişafında öz rolu vardır. Üç böyük layihədə iştirak edirik. Bunlar "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəməri layihələridir. SOCAR-la əməkdaşlıq edirik. "Total" burada uzunmüddətli məqsədlərinin reallaşdırılması üçün fəaliyyət göstərir. Azərbaycanda daha çox fransız şirkəti görmək istərdim".

Jurnalda verilmiş maraqlı yazıların müəlliflərindən biri də "Şnayder" elektrik şirkətinin Azərbaycan üzrə prezidenti Jak Laebensdir.

Jak Laebens "Azərbaycanda ilk hibrid külək, günəş və bioqaz elektrik stansiyaları - gerçək inqilab" adlı məqaləsində yazır: "Şnayder" elektrik şirkətinin Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə Bakının Qobustan qəsəbəsində inşa etdiyi ilk hibrid külək, günəş və bioqaz elektrik stansiyasının ötən ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub. 2020-ci ilədək elektrik enerjisinə olan tələbatın ən azı 10 faizini bərpa olunan enerji hesabına əldə etməyi qarşısına məqsəd qoyan Azərbaycan üçün bu ilk təcrübə strateji əhəmiyyətə malikdir".

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.-14 fevral.- S.  5.