«Eurovision-2012»
mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcəkdir
Bu il
mayda Bakıda keçiriləcək "Eurovision-2012"
mahnı müsabiqəsində Azərbaycanı Səbinə Babayeva təmsil edəcəkdir.
AzərTAc
xəbər verir ki, Azərbaycan təmsilçisini müəyyənləşdirmək
üçün fevralın 12-də Heydər Əliyev
Sarayında 5 namizəd arasında milli final
yarışması keçirilmişdir. Seçim turunun son
konsertində finalçı məlum olmuşdur.
"Eurovision-2012"də Azərbaycanı təmsil etmək
uğrunda Arzu İsmayılova, Fəqan Səfərov, Elton
İbrahimov, Səbinə Babayeva və Orxan Kərimlinin
mübarizə apardığı konsert proqramında Səbinə
Babayeva qalib gəlmişdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, xalq artistləri Rauf Babayev, Zülfiyyə Xanbabayeva, əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Faiq Sücəddinov, musiqişünas Zümrüd Dadaşzadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunmuşdur.
Layihə çərçivəsində keçirilən 8 seçim turunda 70 nəfərdən artıq gənc musiqiçinin ifası dinlənilmiş, onlardan 5-i milli müsabiqənin finalına vəsiqə qazanmışdır.
Qeyd edək ki,
Bakı şəhərindəki "Baku Crystall Hall"da təşkil ediləcək
"Eurovision-2012" mahnı müsabiqəsinin yarımfinalları
mayın 22-si və 24-də baş
tutacaqdır. Birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 ölkə
mübarizə aparacaqdır. Ümumilikdə 43 ölkənin iştirak edəcəyi müsabiqənin final mərhələsi mayın 26-da
keçiriləcəkdir.
Azərbaycan.- 2012.-14 fevral.- S. 12.