YAP sədrinin müavini - icra katibi Əli ƏHMƏDOV: «Eurovision»a görə pozuculuq addımı atmağa çalışanlar ermənilərlə birləşmiş və ya eyni mövqedə dayanmış kimi qiymətləndirilməlidir»

 

"Azərbaycanda "Evrovision" musiqi yarışının keçirilməsinə açıq şəkildə qarşı çıxan ermənilərdir. Azərbaycanda isə kimsə bu yarışla bağlı pozuculuq addımı atmağa çalışırsa, hansı motivlərdən çıxış etməsindən asılı olmayaraq, o, mütləq şəkildə ermənilərlə birləşmiş və ya eyni mövqedə dayanmış kimi qiymətləndirilməlidir".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın sədr müavini-icra katib Əli Əhmədov bildirib. O deyib ki, Azərbaycanın milli qürur elementinə çevrilən "Evrovision" musiqi yarışmasının keçirilməsinə maneçilik etməyə çalışanların məntiqini başa düşmək mümkün deyil: "Güman edirəm ki, belə insanları barmaqla saymaq olaronlara azərbaycanlı adı yaraşmaz".

 

 

Azərbaycan.- 2012.-17 fevral.- S. 4.