«Azərbaycan
Respublikası ilə Avstriya Respublikası arasında
iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və
texnologiya sahələrində əməkdaşlıq üzrə
Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi Haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli
sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 645) 1-ci hissəsində "Fuad İsmayılov - Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri "Qalib İsrafilov - Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi barədə Avstriya Respublikası tərəfinə bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 fevral 2012-ci il
Azərbaycan.- 2012.-18 fevral.- S. 1.