Fələstin Dövlətinin Prezidenti
zati-aliləri cənab
Mahmud Abbasa
Hörmətli cənab Prezident!
Ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində
məktəblilərin həlak
olması xəbəri
məni olduqca kədərləndirdi.
Bu faciə ilə
əlaqədar Sizə,
həlak olanların ailələrinə və
yaxın adamlarına,
bütün Fələstin
xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı
verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 17 fevral 2012-ci il
Azərbaycan.- 2012.- 18 fevral.- S. 1.