Nazirlər
Kabineti yeni qərarlar qəbul etmişdir
Nazirlər Kabineti yeni qərarlar qəbul etmişdir.
"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 255-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 22 dekabr tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 2003-cü il 31 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nda dəyişiklik edilməsi haqqında qərar qəbul etmişdir.
Qərar fevralın 10-dan - imzalandığı gündən qüvvəyə minmişdir.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "İşsizlik müavinətlərinin maliyyələşdirilməsi haqqında" özünün 2002-ci il 4 may tarixli qərarında dəyişikliklər edilməsi haqqında qərar qəbul etmişdir.
"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 30 sentyabr tarixli 208-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 oktyabr tarixli sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti özünün 1998-ci il 15 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Hər iki qərar fevralın 13-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci və 16-cı maddələrinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti "Fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi Qaydalar"ın təsdiq edilməsi haqqında qərar qəbul etmişdir.
Bu qərar fevralın 15-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
"İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli fərmanına əsasən Nazirlər Kabineti "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" özünün 2000-ci il 10 mart tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul etmişdir.
Bu qərar fevralın 17-dən - imzalandığı gündən qüvvəyə minmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər ki, bu qərarların tam mətni
ilə Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda
tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.-18 fevral.- S. 3.