Ukraynada elan olunmuş "Xocalı ayı" tədbirlərinə Xarkovda start verilmişdir
Ukrayna Azərbaycanlı Gənclər Birliyi, İslam
Konfransı Gənclər Forumu və Ukrayna Azərbaycanlıları
Konqresinin Xarkov vilayət təşkilatının birgə təşkilatçılığı
ilə Ukraynada elan olunmuş "Xocalı ayı" tədbirlərinə
Xarkovda start verilmişdir.
AzərTAc xəbər verir ki, Xarkov vilayət
administrasiyası rəsmilərinin, Azərbaycan dias-porunun fəallarının,
yerli KİV nümayəndələrinin iştirak etdikləri
"Xocalı ayı" çərçivəsində ilk
anma mərasimində 20 ilin keçməsinə baxmayaraq, beynəlxalq
təşkilatlar tərəfindən Xocalı
soyqırımına hüquqi-siyasi qiymətin verilməməsi
tarixi ədalətsizlik kimi qiymətləndirilmişdir.
Əvvəlcə iştirakçılar Azərbaycanın
Milli Qəhrəmanı Viktor Seryoginin Xarkovdakı xatirə
lövhəsinin önünə tər çiçəklər
qoymuşlar.
Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət
təşkilatının sədri Qurban Abbasov 20 il bundan əvvəl
ermənilərin Xocalı şəhərində törətdikləri
kütləvi qırğınları son iki əsrdə Azərbaycan
xalqına qarşı həyata keçirilmiş
işğalçılıq və soyqırımı siyasətinin
məntiqi davamı kimi dəyərləndirmişdir.
Diasporumuzun fəalları Hacı Amil Abdullayev, Kifayət
Cəfərova, Sabir İsmayılov, Xar-kov Dostluq Cəmiyyətinin
sədri Murad Ömərov və digər
soydaşlarımız ermənilərin
işğalçılıq siyasəti nəticəsində
Azərbaycan torpaqlarının 20 faizinin işğal
olunmasından, təcavüz nəticəsində 1 milyondan
çox insanın öz doğma yurd-yuvalarından didərgin
salınmasından danışmışlar. Natiqlər
vurğulamışlar ki, erməni qəsbkarlarının
Xocalı şəhərində törətdikləri vəhşiliklər
bəşər tarixinin ən amansız salnaməsidir.
Sonra Heydər Əliyev Fondunun xətti ilə
hazırlanmış "Xocalı soyqırımı"
filmi nümayiş etdirilmişdir. Mərasim
iştirakçıları ermənilərin Xocalıda
uşaqlara, qadınlara, qocalara qarşı həyata
keçirdikləri vəhşiliklərə dair ətraflı
məlumat əldə etmişlər.
Filmə baxandan sonra
"Xocalıda baş verən qanlı
faciə insanlığa yönəlmiş bəşəri bir cinayətdir", - deyən Xarkov
Şəhər Radasının deputatı Alla
Bobeyka, Ümumukrayna Gürcü Cəmiyyətinin sədri Zurab Kiriya və bir sıra xalqların diaspor
rəhbərləri 20 il ötməsinə
baxmayaraq, dünya birliyinin və beynəlxalq təşkilatların
belə bir bəşəri cinayətə
hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi
qiymətləndirmişlər.
Mərasimdə
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər gənclər
çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü
ilə "Xocalıya ədalət" beynəlxalq
kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində
həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya
ictimaiyyətinə çatdırılmasında müstəsna
rol oynadığını
vurğulamışlar. Onlar gec-tez dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən
ermənilərin Xocalıda törətdikləri
soyqırımına siyasi-hüquqi qiymətin
veriləcəyinə əminliklərini bildirmişlər.
Azərbaycan.- 2012.- 16 fevral.- S. 6.