Xocalı faciəsinin qurbanları Türkiyənin Mardin vilayətində anılacaqdır

 

Fevralın 26-da Türkiyənin Mardin vilayətinin Yenişehir rayonunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçiriləcəkdir.

AzərTAc Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, həmin gün Mardində yürüş təşkil olunacaqdır. Bəşər tarixinin ən qanlı qətliamlarından sayılan Xocalı soyqırımı, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin Xocalıda vandalizm aktları törətməsi, yüzlərlə günahsız insanı qəddarcasına məhv etməsi haqqında Türkiyə ictimaiyyətinə və mardinlilərə məlumat veriləcəkdir.

Belə hadisələrin unudulmaması, gələcəkdə baş verməməsi üçün türk dünyasının birlik, bərabərlik və həmrəylik nümayiş etdirməsinin vacibliyi vurğulanacaqdır.

 

Azərbaycan.- 2012.- 16 fevral.- S.6.