Xocalı
soyqırımı Türkiyə mətbuatında
"Zaman" qəzeti
Türkiyənin nüfuzlu "Zaman" qəzetində
Milli Məclisin deputatı, "İrəli" İctimai
Birliyinin sədri Ceyhun Osmanlının Xocalı
soyqırımı ilə bağlı məqaləsi dərc
olunmuşdur.
Məqalədə Xocalı soyqırımını və
onun ağır nəticələrini xatırladan müəllif
qeyd etmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə ermənilər qadın, uşaq və qoca demədən
qarşılarına çıxan hər kəsi qətlə
yetirmişlər. Həmin gün Xocalıda 106 qadın, 63
uşaq olmaqla, 613 dinc sakin öldürülmüş, 160 nəfər
itkin düşmüşdür. Bu dəhşətli faciə
nəticəsində 76 nəfər əlil olmuş, 8 ailə
tamamilə yox edilmiş, 154 uşaq yetim qalmışdır.
Şəhərin 1275 sakini əsirlikdə olarkən erməni
əsgərlərinin işgəncələrinə məruz
qalmışdır. AzərTAc xəbər
verir ki, yazıda həmçinin fevralın 26-da İstanbulun
Taksim meydanında "Hamımız
xocalılıyıq!" şüarı altında
keçiriləcək aksiyalardan da bəhs edilir. Qeyd
olunmuşdur ki, bu vəhşiliyi törədənlər bu
günə qədər cəzasız qalmışlar.
Dünya birliyi 20 ildir ki, Xocalı qırğınını görməzliyə
vurur. Biz fevralın 26-da birləşib erməni yalanlarına
yox, dünya bundan bir daha dərs alsın, bir daha insanlar
acı çəkməsin, uşaqlar ölməsin, bir daha
Xocalı soyqırımı yaşanmasın deyirik.
Müəllif erməni terrorçularının təkcə
Azərbaycanda deyil, Şərqi Anadoluda, bütün
dünyada türklərə qarşı törətdikləri
vəhşilikləri xatırladaraq vurğulamışdır
ki, Azərbaycan və Türkiyə bu qədər ədalətsiz
təzyiq və ittihamlara məruz qalarkən qardaş birliyinə
ehtiyacımız daha da qüvvətlənmişdir.
"Milliyyət" qəzeti
Türkiyənin nüfuzlu "Milliyyət" qəzetində
İstanbuldakı Taksim meydanında Xocalı
soyqırımının 20-ci ildönümünə dair
keçiriləcək mitinqə çağırış
haqqında "26 fevral yürüşü - hamımız
türküz" sərlövhəli məqalə dərc
olunmuşdur.
AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri
Oqtay Bayramovun müəllifi olduğu məqalədə 20 il əvvəl
Azərbaycanın Xocalı şəhərində ermənilərin
törətdikləri vəhşiliklərdən bəhs
olunur, Taksim yürüşünün bir həmrəylik
örnəyi olacağı vurğulanır.
Türkiyə Böyük Millət Məclisinin
deputatı Sinan Oğan da AzərTAc-ın Türkiyə
bürosuna bildirmişdir ki, möhtəşəm mitinq
üçün hazırlıqlar davam edir. Bu yürüş
ümumxalq aksiyası olmaqla Türkiyədəki bütün
ictimai-siyasi dairələri əhatə edəcəkdir. Belə
ki, siyasi partiyaların gənclər təşkilatları,
qeyri-hökumət təşkilatları və deputatlar Taksim
meydanında keçiriləcək mitinqdə fəal
iştirak edəcəklər.
Məqalənin tam mətni ilə
http:blog.milliyet.com.tr26-subat-taksim-yuruyusu---hepimiz-turk-uz-Blog?BlogNo=348834&ref=fblike
ünvanında tanış olmaq mümkündür.
Azərbaycan.- 2012.- 16 fevral.- S. 6.