Kinolentlərin yaddaşı, yaxud köhnə tanışlar

 

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən biri olmuş, əvvəllər milli opera tamaşalarında, sonralar musiqili komediya janrında, ən nəhayət, bədii filmlərdə çıxış edən Münəvvər Kələntərli haqqında düşünəndə onun müxtəlif libaslı, eləcə də maraqlı, məzəli, duzlu, lirikciddi obrazları gözlərimiz önündə canlanır. Bəlkə də öz həmkarları arasında yeganə sənətkar idi ki, o, bu qədər çoxcəhətli fəaliyyəti ilə diqqət çəkir. Təəssüf ki, operakomediya teatrında çalışdığı vaxt iştirak etdiyi tamaşalar lentə alınmayıb. Onun bu sahədəki müqtədir fəaliyyəti barədə ancaq xatirələrdən, bir də teatrşünasların qələmə aldığı yazılardan xəbər tutmaq mümkündür. Yaxşı ki, çəkildiyi filmlər bu günmaraqla seyr edilironun aktrisalıq qabiliyyəti haqqında dolğun təsəvvür yaranır. Bu yadigar lentlərin yaddaşı çox möhkəmdir. Orada müxtəlif obrazların paltarında, adlarında boylanan Münəvvər Kələntərlinin özünün də təbiətini, daxili aləmini, düşüncə və duyğularını anlamaq olur.

 

O, 1912-ci ilin fevralında Lənkəranda anadan olub. Qardaşı Haşım Kələntərli ötən əsrin əvvəllərində muğam xalq mahnılarının ən gözəl ifaçılarından biri kimi məşhurlaşıb. İstər Haşımın, istərsə Münəvvər xanımın Bakıya gəlməsində, musiqi aləmində parlamasında bu nəslə gəlin gəlmiş şamaxılı Yavər Zamanovanın (sonralar Kələntərli) böyük rolu var idi. Yanıqlı avazı, məlahətli səsi ilə qəlblərə hakim kəsilən, bu gün barəsində xiffət dolu xatirələr söylənən Yavər Kələntərli, sözün həqiqi mənasında, bu qardaş-bacıya böyük hamilik göstərib. 1929-cu ildə Münəvvər onun dəvəti ilə Bakıya gəlib. Konsert proqramlarında bacı-qardaş bir yerdə müxtəlif muğamları, xüsusilə Lənkəranda dəbdə olan el nəğmələrini - "Aman, nənə", "Kişmiri şal", "Lolo" mahnılarını özlərinə məxsus avazla ifa edərdilər. Hətta ali məktəblərdə təşkil olunan konsertlərə bu cavan ifaçıları da dəvət edərdilər. Tarzən Qurban Pirimovun, kamançaçı Qılman Salahovun, qarmonçalan Teymur Dəmirovun müşayiətilə Kələntərlilər muğam oxuyardılar. Bəzən Yavər Kələntərli özü Haşımla birlikdə duet ifa edərdi.

Münəvvər Kələntərlinin şirin səsindən xəbər tutan Müslüm Maqomayev onu 1933-cü ildə operaya dəvət edib. Opera səhnəsində Üzeyir Hacıbəylinin "Leyli Məcnun" operasında Münəvvər Kələntərli Leyli, Leylinin anası rolunu oynayıb. "Əsli Kərəm"də Əsli, "O olmasın, bu olsun" operettasında Sənəm surətlərini yaradan Münəvvər Kələntərlinin bu sahədəki obrazlar qalereyası getdikcə zənginləşir. O dövrün görkəmli sənətkarları ilə tərəf-müqabili olmaq gənc qızı sevindirsə , onun ürəyindən başqa bir teatrda çalışmaq keçirdi. Bakıya da elə bu niyyətlə gəlmişdi. Nəhayət, o, bu arzusuna da qovuşur. Sonralar sorağı Musiqili Komediya Teatrından gəlməyə başlayır. Beləliklə, o, bu teatrın səhnəsində Fikrət Əmirovun "Gözün aydın", Süleyman Ələsgərovun "Ulduz", Tofiq Quliyevin "Qızıl axtaranlar", Səid Rüstəmovun "Durna", Azər Rzayevin "Aya səyahət" başqa tamaşalarda müvəffəqiyyətlə çıxış edib. Səhnə ömrünü yaşadığı Gövhər, Tamam, Xədicə, Nisə, Kəblə Fatma başqa obrazlar tamaşaçılar tərəfindən maraqla qarşılanır. Aktrisa tamaşaçını güldürməyi , düşündürməyi ustalıqla bacarırdı. Münəvvər xanımın öz təbiətində ürəyə yatan bir ovqat var idi. Bir tərəfdən o, son dərəcə ciddi qadın idi. Aktrisa kimi işinə məsuliyyətlə yanaşmağı sevirdi. Yəni o buna çalışmırdı, təbiətən belə idi. Bir tərəfdən deyib-gülməyi, yerində şənlənməyi, duzlu-məzəli danışmağı xoşlayırdı. Bu səbəbdən yaratdığı hər bir obraza özünün möhürünü vururdu. Tamaşanın təqdim etdiyi surətin xarakterindən asılı olaraq onun üçün rola girmək elə çətin deyildi. Bunun bir səbəbi aktrisanın istedadından gəlirdisə, digəri Münəvvərin yaratdığı obrazı daxilən mənimsəmək qüdrətindən asılı olurdu. İstər rejissorlar, istərsə həmkarları onun roldan-rola necə dəyişdiyindən, başqalaşmaq qabiliyyətindən həmişə heyrətə gələrdilər. Lütfəli Abdullayevlə tərəf-müqabilliyi çox maraqlı alınardı. İstər səhnədə, istərsə kinoda onların yaradıcılıq ünsiyyəti çox tutardı.

Münəvvər Kələntərlini bugünkü nəslin yaddaşında yaşadan, heç şübhəsiz ki, onun bədii filmlərdə yaratdığı rollardır. İkinci dünya müharibəsinin getdiyi illərdə Bakıda Üzeyir Hacıbəylinin məşhur "Arşın mal alan" operettasının mətni əsasında film çəkilirdi. Xala obrazını da yaratmaq Münəvvər xanıma tapşırılmışdı. Demək olar ki, o dövrdə bu filmə çəkilən bütün aktyorları Üzeyir bəy özü məyyənləşdirmişdi. O dövrün tələbinə görə, film ekranlara buraxılmazdan əvvəl Moskvada ictimai baxışdan keçməli idi. Film uğur qazandı. O zaman yaratdığı Xala obrazına görə, Münəvvər Kələntərli SSRİ Dövlət mükafatına layiq görüldü. Sonralar "Görüş", "Qızmar günəş altında" "O olmasın, bu olsun", "Bəxtiyar" filmlərində unudulmaz obrazlar yaradan Münəvvər Kələntərli istər tamaşaçıların, istərsə rejissorların sevimlisinə çevrilmişdi. Bunun da bir səbəbi var idi. Münəvvər Kələntərli ilə işləmək çox rahat idi. Rejissor Adil İsgəndərov söhbətlərin birində belə deyib: "Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları, tərəf-müqabilləri nəzərdə tuturdu - F.X.) ən çox səninlə işləyəndə istirahət edir".

Teatrşünaslar söyləyirlər ki, Münəvvər Kələntərlinin obrazı yaratmaqda qəribə yanaşma metodları olardı. Mütləq təqdim etdiyi surətin xarakterində öz təbiətinə uyğunluq taparaq onu təbii yaratmağa səy göstərərdi. Rolun həyatına, daxili aləminə elə bənd olarmış ki, özünü çəkiliş meydanında deyil, həyatda hiss edərmiş. Hətta danışırlar ki, "O olmasın, bu olsun" filminin çəkilişi zamanı Sənəm - Münəvvər Kələntərli qapının arxasında dayanaraq açar yerindən içəri baxmağa çalışır. Qəflətən qapı açılır. Aktrisa yıxılır. Sən demə, həmin vaxt Münəvvər Kələntərlinin həqiqətən çeçələ barmağı sınır onun qışqırtısı da son dərəcə təbii təsirli alınır.

O, 25 yaşında ailə qurmuşdu. Bir qız anası idi. Təəssüf ki, bu izdivacın ömrü çox uzun olmayıb. Həyat yoldaşı Bakıda deyil, məhz Qusarda yaşamağa üstünlük verib, Münəvvər Kələntərli isə "Mən sənətimi atıb heç hara gedə bilmərəm" - bağlılığından qopa bilməyib. Bu səbəbdən qızı Validə ilə paytaxtda qalmalı olub. Sənətdə bəxti gətirən, böyük ehtiram məhəbbətlə qarşılanan, sevilən Münəvvərin taleyi o qədər üzünə gülməyib. qədər şən, nikbin, xoşbəxt görünsə , şirin, duzlu, səxavətli olsa da, xəstəliklər ondan uzaq düşməyib. Müxtəlif cərrahi əməliyyatlara məruz qalıb. Belə əməliyyatların birində həkimin səhvi ucbatından dünyasını dəyişib. 50 yaşını təzə tamamlamış Münəvvər Kələntərli istər kinoda, istərsə səhnədə hələ çox rollar təqdim etməli idi. Başqa respublikalardan da təkliflər almışdı. Səfər üstə idi. Amma  öz həyatı yarımçıq qırıldı. On il idi ki, "Vətən" kinoteatrında direktor müavini kimi çalışırdı. Müxtəlif təltiflərə, fəxri adlara layiq görülmüşdü. Onu təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bütün müttəfiq respublikalarında tanıyır sevirdilər. Təəssüf ki, vaxtilə min bir həvəs məhəbbətlə qədəm atdığı alqışlarla qarşılandığı Musiqili Komediya Teatrına son dəfə vida görüşünə gətirildi. Bir vaxt onu alqışlayan əllər indi bu sevincdən uzaq düşərək yanaqlardan yuvarlanan göz yaşlarını silirdi...

 

Flora XƏLİLZADƏ,

 

Azərbaycan.- 2012.- 7 fevral.- S.7.