Azərbaycan-Türkiyə
təhsil əlaqələri genişlənir
Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra
dünyanın bir çox
tanınmış ali məktəbləri
ilə təhsil əlaqələri yaratdı. Ən sıx əlaqələr
isə qardaş Türkiyənin ali məktəbləri ilə quruldu.
Bu gün Türkiyənin
elə bir universiteti yoxdur ki, orada
Azərbaycandan gəlmiş alimlər, tələbələr
olmasın. Azərbaycanlı alimlər qonşu
ölkənin ali məktəblərində
bacarıqlı müəllimlər kimi
tanınırlar. Gənclərimiz isə Türkiyə
universitetlərində təhsil alır, magistraturada
oxuyur, tibbi təhsil
üzrə ixtisaslarını artırırlar. Hazırda Azərbaycanın
aparıcı tibb müəssisələrində
Türkiyədə təhsil almış, ixtisaslarını
artırmış həkimlər də
çalışırlar.
Qardaş ölkənin adlı-sanlı ali məktəblərindən biri də İzmir səhərində fəaliyyət göstərən İqtisadiyyat Universitetidir. İzmir Anadolunun hər dönəmində ticarət mərkəzi kimi məşhur olmuşdur. Osmanlı dönəmində - 1885-ci ildə şəhərdə "Ticarət Evi" ("Ticarət Odası") təşkil olundu. "Ticarət Evi" ticarətlə məşgul olanlara çox kömək etdi. Uzunmüddətli müharibələr, İzmirin yunanların əsarəti altına düşməsi "Ticarət Evi"nin işini zəiflətdi. Cümhuriyyət dönəmində "Ticarət Evi" yenidən səmərəli fəaliyyətə başladı. 1923-cü ildə Atatürkün iştirakı ilə burada İzmir İqtisadi Konqresi keçirildi. Artıq yüz ildən çoxdur ki, "Ticarət Evi" faydalı işlər görür, yeni təşkilatlar yaradır. 1988-ci ildən bəri "Ticarət Evi"nə rəhbərlik edən Əkrəm Dəmirtaşın təklifi ilə "İzmir Ticarət Evi sosial yardımlaşma vəqfi" quruldu. Bu vəqfin əsas məqsədi gənclərin milli iqtisadiyyata faydası ola biləcək məktəblər açmaq idi. Bu işdə ən çox fəallıq göstərənlər izmirli xeyriyyəçilər idi. Onlar da Hacı Zeynalabdin Tagıyev kimi orta məktəb binaları tikdirir, texniki peşə məktəbləri açırdılar. Bu xeyirxah insanlar yerli əhalinin sağlamlığının qayğısına qalmaq üçün "Süleyman Taştəkin Əşrəf paşa poliklinikası"nı da inşa etdirdi. "Ticarət Evi" illər boyu düşündüyü iqtisadiyyat universiteti qurmaq niyyətini 2000-ci ildə gerçəkləşdirdi. İzmir İqtisadiyyat Universiteti (İİU) 2000-ci il noyabrın 14-də fəaliyyətə başladı. Bu universitetdə altı fakültə var. Onun nəzdində, həmçinin iki institut, üç texnikum və səkkiz araşdırma mərkəzi fəaliyyət göstərir.
Universitetdə 248 professor və dosent, 152 dosent əvəzi müəllim işləyir. Burada 1605 tələbə
təhsil alır.
İİU Avropa Birliyi İxtisas Təhsili Proqramına uygun olaraq İsveçrə
İxtisas Təşkilatı
ilə birlikdə önəmli işlər görür, dünyanın
78 universiteti ilə
ERASMUS proqramı əsasında
təhsil əlaqələri
saxlayır. Universitet Avropa
Universitetler Birliyinin üzvüdür. İİU məzunlarının
diplomu da Avropa universitetlərinin verdiyi diplomla eyni hüquqdadır və Avropada qəbul edilmişdir. Bu təhsil ocagına
ən çox Almaniya və Fransadan təhsil almaga, təcrübə toplamağa gəlirlər.
Ali məktəbin tələbələri arasında
Azərbaycandan gələnlər
də çoxdur.
Universitetdə azərbaycanlı müəllimlər
də çalışırlar. Onlar dərs
deməklə kifayətlənmir,
elmi əsərlər
yazır, Avropa ölkələrində keçirilən
elmi konfranslarda, simpoziumlarda iştirak edir, universitetin ictimai həyatında fəal rol oynayırlar.
Belə müəllimlərdən biri
professor Rəfail Qasımbəylidir.
O, Bakı Dövlət
Universitetində çalışırdı.
Türkiyəyə gəlib
əvvəlcə Əskişəhər
Osman Qazi Universitetində dərs dedi, sonra dəvəti
qəbul edib bu ali məktəbə gəldi.
İndi Rəfail müəllim universitetin ən qabaqcıl müəllimlərindəndir.
Həm müəllim yoldaşları,
həm də tələbələr onu
çox sevirlər.
Rəfail müəllim Azərbaycanı
təblig edən maraqlı tədbirlər keçirir. Tədbirlərdə
Avropadan, Türkiyənin
müxtəlif yerlərindən
gələn tələbələr
də iştirak edirlər.
Məlum olduğu kimi, ötən ilin sentyabrında Bakıda məktəbləri tanıtmaq
və universitetlərlə
təhsil əlaqələri
yaratmaq üçün
beynəlxalq təhsil
sərgisi keçirildi. İİU sərgidə
üç müəllimlə
- professor Rəfail Qasımbəyli,
Barış Kəsər
və Hülya İncəqara ilə təmsil olunurdu. Sərgiyə 6 min ziyarətçi gəldi. Gələnlərin bir qismi Azərbaycan universitetlərinin
məzunları idi.
Onlar
İİU-da magistratura
təhsili almaq arzusunda idilər. Məzunları ən çox iqtisadiyyat, hüquq,
menecment, mühasibat, tibb, turizm, riyaziyyat
maraqlandırırdı. Azərbaycanın
universitetlərində təhsil
alan tələbələr
də İİU ilə
maraqlanırdılar. Onlar tələbə
mübadiləsi məsələsinə
daha çox fikir verirdilər. Tələbələr qısa kurslara
da gəlmək istəyirdilər. Azərbaycan liseylərində
dərs deyən müəllimlər İİU-nun nəzdində fəaliyyət
göstərən liseylərlə
maraqlanırdılar. Azərbaycanlı tələbələr təhsillərini
İzmirdə davam etdirməyin yolları haqqında məlumat alırdılar.
İİU-nun
müəllimləri Bakıda
olarkən Heydər Əliyev Liseyi, Azərbaycan Fizika-riyaziyyat
təmayüllü internat
məktəb, Bakı
Avropa Liseyi, Türk Anadolu, Texnika Humanitar, "Çağ Öyretim"
liseylərinə baş
çəkdilər. Onlar
lisey şagirdləri qarşısında çıxış
edərək İİU-nun nəzdindəki liseylərin
təhsil proqramından
danışdılar və
dedilər ki, 2012-ci ilin may ayında da gələcəklər.
Görüşlərdə Azərbaycandan xarici ölkələrə təhsil
almaga gedən tələbələrə təhsil
haqqı verilməsi məsələsi də gündəmdə idi. Bu barədə Azərbaycanın
təhsil naziri ilə görüş oldu və xarici
ölkələrdə təhsil
proqramına İİU-nun da
adı əlavə edildi.
İİU-nun nümayəndə heyəti Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) və
Bakı Dövlət Universitetinin də qonagı oldu. İİU-nun
rektoru professor Atilla Sezginin məktubu ADDA-nın rəhbərliyinə
təqdim edildi. ADDA-nın rektoru
müəllim və tələbə mübadiləsinin
vacib oldugunu vurğuladı. Türkiyədə dənizçilik və gəmiçilik sahəsində
çalışmaq istəyənlər
üçün İİU-nun diplomunun önəmli oldugunu qeyd etdi.
ADDA-nın rektorunun və İİU-nun nümayəndə
heyətinin qəbul etdikləri qərarla ADDA-da təhsil almaq istəyənlər öncə birillik hazırlıq təhsili, birillik də ixtisas dərsləri almaq üçün az miqdarda
təhsil haqqı ödəyərək İİU-da oxuyacaqlar. ADDA-nın rektorunun
qərarı ilə
İİU-ya logistika ixtisası üzrə magistratura təhsili almaq üçün azərbaycanlı tələbələr
göndəriləcək.
Tamilla ƏLİYEVA
Azərbaycan.- 2012.- 7 fevral.- S.7.