«IX-XV əsrlərdə
Mərkəzi Asiya və Azərbaycanın
xalq tətbiqi sənəti. Saxsı»
kitabı nəşr edilmişdir
UNESCO-nun Səmərqənddəki
Mərkəzi Asiya Tədqiqatları İnstitutu "IX-XV əsrlərdə
Mərkəzi Asiya və Azərbaycanın xalq tətbiqi sənəti.
Şaxsı" kitabını rus dilində nəşr
etmişdir.
Kitabda IX-XV
əsrlərdə Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan, Özbəkistan və
Tacikistanda xalq tətbiqi sənəti haqqında ətraflı
söhbət açılır.
Nəşrdə
yer almış "Azərbaycan" məqaləsinin müəllifi
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya
İnstitutunun əməkdaşı, tarix elmləri doktoru
Tarix Dostuyevdir.
Mərkəzi
Asiya Tədqiqatları İnstitutunun əslən Azərbaycandan
olan direktoru, tarix elmləri doktoru Şahin Mustafayev nəşrə
"Ön söz" yazmışdır. "Ön
söz"də deyilir ki, IX-XV əsrlərdə Şərqlə
Qərb arasında ticarət-iqtisadi əlaqələr
inkişaf etmiş, Mərkəzi Asiya ilə Yaxın Şərq
arasında mədəni əməkdaşlıq dərinləşmişdir.
Tarix
Dostuyev öz məqaləsində yazır ki, orta əsrlərdə
Azərbaycanda dekorativ-tətbiqi sənətin əsas istiqamətlərindən
biri bədii saxsı məmulatları olmuşdur. Məqalədə
deyilir ki, Bakı, Beyləqan, Gəncə, Şəmkir, Dərbənd,
Şabran, Qəbələ, Şamaxı, Naxçıvan və
digər şəhərlərdə aparılan arxeoloji
qazıntılar zamanı o dövrə aid qiymətli saxsı
məmulatları əldə edilmişdir.
Məqaləni
bu və digər şəhərlərdən tapılan
müxtəlif saxsı məmulatlarının 50-dən
artıq rəngli və ağ-qara fotoşəkillər
müşayiət edir.
Ş.Mustafayev
AzərTAc-ın müxbirinə bildirmişdir ki, Mərkəzi
Asiya və Azərbaycanın maddi-mədəniyyət abidələri
ilə bağlı kitablar bundan sonra da nəşr ediləcəkdir.
Məqsədimiz
Azərbaycan ilə Özbəkistan arasında elmi
sahədə əlaqələri daha da inkişaf etdirməkdir.
Qulu Kəngərli,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2012.- 16 fevral.- S. 8.