Azərbaycan xalq tətbiqi sənətinin təbliğinə yeni töhfə

 

Özbəkistanda Azərbaycan xalq tətbiqi sənətinə dair yeni kitab nəşr edilib. UNESKO-nun Səmərqənddəki Mərkəzi Asiya Tədqiqatlar İnstitutu "IX-XV əsrlərdə Mərkəzi Asiya və Azərbaycanın xalq tətbiqi sənəti.

Şaxsi" kitabını rusdilli oxuculara təqdim edib. Yeni nəşrdə dərc edilmiş "Azərbaycan" məqaləsində (müəllifi AMEA-nın Arexeologiya İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Tarix Dostuyevdir) bütövlükdə ölkəmizin ərazisində arxeoloji qazıntılar zamanı o dövrə aid qiymətli məmulatların aşkar edilməsindən söz açılır. Məqalə müxtəlif ərazilərdən əldə edilmiş saxsı məmulatlarının 50-dən artıq rəngli və ağ-qara fotoşəkilləri ilə də zənginləşdirilib. Bu da tədqiqatların maddi sübutlarla əsaslandırılmasında olduqca vacib şərtlərdən biridir.

Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru, tarix elmləri doktoru Şahin Mustafayevin yeni nəşrə yazdığı ön sözdə müştərək hazırlanan belə toplulara daim ehtiyac olduğunu bildirir.

 

Azərbaycan.- 2012.-19 fevral.- S.  6.