«Ağsu
möcüzəsi» Türkiyədə
Orta əsr Ağsu şəhərinin aşkar olunmuş qalıqlarından ibarət əşyaların sərgisinin müntəzəm olaraq keçirilməsi maddi-mədəniyyətimizin təbliği məsələsində mühüm rol oynayır. Türkiyənin Muğla Universitetinin Azərbaycan Kültür və Dayanışma Dərnəyi "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyin təşkilatçılığı ilə "Ağsu möcüzəsi"nin sərgisini keçirib.
Muğla Universitetinin Atatürk Mədəniyyət Mərkəzində keçirilən tədbirin açılışında şəhər valisinin müavini Faruk Necmi Kurt, bölgənin mədəniyyət və turizm müdiri, doktor Kamil Özer, Muğla Universiteti rektorunun baş müşaviri, professor Mustafa Volkan Coşkun, universitetin arxeologiya şöbəsinin müdiri, professor Adnan Diler, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Atacan Sayılan iştirak ediblər.
"Miras" İctimai Birliyinin rəhbəri, tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlilli sərgi və Ağsuda aparılan arxeoloji tədqiqatların mahiyyəti və əhəmiyyəti barədə sərgi iştirakçılarına geniş məlumat verib.
Tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyasının 2010-2011-ci illərdə
orta əsr Ağsu
şəhər yerində qazıntılar zamanı XII və
XVIII əsrlərə aid çoxsaylı
tikinti qalıqlarını, zəngin
maddi-mədəniyyət nümunələrini aşkar
etməsi barədə söz
açılıb.
Azərbaycan.- 2012.-19 fevral.- S. 6.