«Eurovision» ərəfəsində keçirilən ənənəvi böyük konsertin hazırlıqlarına başlanılmışdır

 

Artıq bütün Avropada böyük populyarlıq qazanmış "Eurovision" mahnı müsabiqəsinin başlanması ərəfəsində mühüm tanıtım tədbirlərindən biri də "Eurovision In Concert" layihəsi hesab olunur. Bu il dördüncü dəfə gerçəkləşəcək layihə Avropanın müxtəlif ölkələrindən olan fanatları bir araya gətirəcəkdir.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, artıq Kipr, İsveçrə, Türkiyə və San Marinonun builki "Eurovision" təmsilçiləri aprelin 21-də Hollandiyanın paytaxtı Amsterdamda keçiriləcək konsertdə iştiraklarını təsdiqləmişlər.

Ənənəvi "Eurovision In Consert" layihəsi mətbuat konfransı konsert daxil olmaqla iki hissədən ibarətdir. Dördüncü konsertin aparıcıları Niderlandın "Eurovision-1993" təmsilçisi Ruth Jacott hollandiyalı yazıçı, televiziya aparıcısı Cornald Maas olacaqlar.

 

Azərbaycan.- 2012.- 19 fevral.- S. 6.